Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,329
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 13Апр
    Təhsil Комментарии к записи Şagird və abituriyentlərin nəzərinə -DİM-dən ucuz və sərfəli xidmət отключены

    Son 10 gün ərzində onlayn sifariş əsasında Dövlət İmtahan Mərkəzinin (DİM) 100-dən çox nəşrinin respublikanın şəhər və rayonlarında birbaşa ünvanlara çatdırılması təmin edilib.
    Mərkəzdən bildirilib ki, DİM-in nəşrlərini (“Abituriyent” jurnalının buraxılışları və ona əlavələri – yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, dərs vəsaitləri və s.) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür.

    Daha ətraflı »

  • 04Апр
    Təhsil Комментарии к записи Dövlət İmtahan Mərkəzi: Abituriyentlər otk.az portalında bütün istiqamətlər üzrə onlayn sınaq imtahanı verə bilərlər отключены

    Abituriyentlər imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin (DİM) “YouTube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə edə bilərlər. Daha ətraflı »

  • 04Апр
    Təhsil Комментарии к записи ADAU-da xüsusi karantin rejimi dövründə mobil telefon vasitəsilə ödənişsiz aqrar məsləhət xidməti fəaliyyətə başlayıb отключены

    Respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar məsləhət xidməti tərəfindən fermerlər, kənd təsərrüfatı məhsullarının istehsalçıları və fərdi təsərrüfat sahibləri üçün keçirilən təlimlər təxirə salınıb. Daha ətraflı »

  • 03Апр
    Təhsil Комментарии к записи Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib отключены

    Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər! 

    Bugünlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Daha ətraflı »

  • 01Апр
    Təhsil Комментарии к записи ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsidir отключены

    Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan  koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunan tətil və məzuniyyət günlərində yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə ADAU-da distant təhsil texnologiyalarının tətbiqi yolu ilə online-virtual dərslər 3-cü həftədir ki davam edir və Azərbaycan ali təhsil məkanında bu cür tədris ilk dəfə bu təhsil müəssisəndən başlayıb.   Daha ətraflı »

  • 31Мар
    Təhsil Комментарии к записи Gəncə Dövlət Universitetində onlayn dərslər uğurla davam edir отключены

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş koronavirus (COVİD-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Azərbaycanda da yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah respublika daxilində bu virusun yayılmaması üçün ciddi tədbirlər görür. Həmin tədbirlərdən biri də yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsul müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə tədris, təlim-tərbiyə prosesinin dayandırılmaşıdır. Gəncə Dövlət Universiteti həmin qərara müvafiq olaraq qabaqlayıcı tədbirlərə başlamış və sosial media vasitəsilə onlayn dərslərin təşkilinə start vermişdir.

    Qeyd edək ki, bütün fakultələrdə yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə universitetdə başlanan distant təhsil texnologiyalarının tətbiqi yolu ilə online-virtual dərslər uğurla davam etdirilir. Daha ətraflı »

  • 24Фев
    Təhsil Комментарии к записи ADAU-da ağacəkmə aksiyası keçirilib отключены

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Könüllülər ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın məqsədi ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasını xüsusilə gənc nəslin diqqətinə çatdırmaq, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

    "Aqrar İnkişaf Könüllüləri" və Aqronomluq fakültəsi tələbələrinin birgə fəaliyyəti nəticəsində təşkil olunan aksiya Universitetin Tədris-təcrübə təsərrüfatında keçirilib. 200-ə yaxın ağac əkilib və mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib. Daha ətraflı »

  • 18Фев
    Təhsil Комментарии к записи GDU-nun tələbəsinin uğuru отключены

    Gəncə Dövlət Univesitetinin biologiya – kimya fakültəsinin III kurs tələbəsi Fidan Vəliyeva “Mevlana Değişim Proqramı” çərçivəsində Türkiyənin Bolu Abant İzzet Baysal Universitetində təhsilini uğurla başa çatdıraraq geri qayıdıb.

    Tələbəmiz məhz bu müddət ərzində ixtisası ilə əlaqədar 3 akademik məqalə, 2 referans məktubu ilə çıxış etmişdir. Həmçinin həmin universitetdə baş tutan bir çox tədbirlərdə iştirak edib. Abant İzzet Baysal Universitetinin rektoru Prof. Dr. Mustafa Alişarlı ilə də görüşən tələbəmiz burada Azərbaycandan gələn tələbələr üçün yaradılan şəraitin möhtəşəm olduğunu söyləyərək, təşəkkürlərini bildirib.

    Bu günlərdə qayıdan tələbə Fidan Vəliyeva universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətində olmuş, təəsürratlarını bölüşüb:

    “Rektor Mustafa bəylə görüş zamanı həmsöhbət olarkən ona Azərbaycandan gəldiyimi söyləyəndə mənimlə daha səmimi söhbət edərək burada hər hansı problemlə üzləşəcəyim təqdirdə ona müraciət etməyimi söyləmişdir.  Mən orada olarkən Azərbaycan Türkiyə arasındakı qardaşlığın necə böyük və dəyərli olduğunun bir daha şahidi oldum. Daha ətraflı »

  • 18Фев
    Təhsil Комментарии к записи DİM sınaq və buraxılış imtahanları keçirib отключены

    DİM respublikanın 26 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.

    İmtahanların idarə olunması üçün mərkəzdə operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

    Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Daha ətraflı »

  • 12Фев
    Təhsil Комментарии к записи ADAU-da elmi-praktiki seminar keçirilib отключены

    ADAU-da “Qlobal iqlim dəyişməsi şəraitində otlaq və payızlıq əkinlərdə torpağın bəzi fiziki-kimyəvi göstəricilərinin qiymətləndirilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib.

    Aqronomluq fakültəsinin profressor-müəllim heyətinin və fermerlərin iştirakı ilə keçirilən görüşdə çıxış edərək universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, qlobal iqlim dəyişmələri bu gün dünyanı narahat edən əsas problemlərdən biridir və bu problem ölkəmizdə də  təsirsiz ötüşmür.

    Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov və bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyev müxtəlif qruplarla ayrı-ayrı bölgələrdə əkin sahələrində və otlaqlarda apardıqları müşahidə və təcrübələr haqqında çıxışlar etdilər. Daha ətraflı »

Səhifə 5 - 13«...34567...10...»