Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,329
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Ноя
    Təhsil Комментарии к записи UTECA-da Milli Dirçəliş Günü qeyd edilib отключены

    Azərbaycan Texnologiya Universitetində (UTECA) Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib. Professor-müəllim heyəti və tələbələrin qatıldığı tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, 31 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması tarixə meydan hərəkatı kimi daxil olub.

    Türk dünyasının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyevin vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başlayıb. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edib. Daha ətraflı »

  • 18Ноя
    Təhsil Комментарии к записи Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib отключены

    Əvvəlcə şura üzvləri gündəlik məsələlər barədə məlumatlandırılıb. Sonra Akkreditasiya Komissiyasında özünütəhlil hesabatı ilə əlaqədar görülən işlərlə bağlı və 2019-2020-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun məruzəsi dinlənilib.

    Ümumi riyaziyyat kafedrasının dosenti elmi adını almağa dair Sübhiyyə Zeynallının, İnformatika kafedrasının dosenti elmi adını almağa dair Natəvan Məmmədovanın Ali Attestasiya Komissiyası qarşısında Elmi Şura tərəfindən vəsatəti qaldırılıb və qəbul edilib. Daha ətraflı »

  • 14Ноя
    Təhsil Комментарии к записи GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ” VI ÜMUMRESPUBLİKA BİLİK YARIŞINDA отключены

    Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib. Layihənin məqsədi Ulu öndərin  həyat və yaradıcılıq fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılmasıdır.

    Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

    “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur.  Bu il bilik yarışında 49 ali təhsil müəssisəsinin komandaları iştirak edib.

    Münsiflər heyətini Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təşkil edib. Daha ətraflı »

  • 14Ноя
    Təhsil Комментарии к записи ADAU-nun tələbə evində Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir отключены

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində  Aqrar İnkişaf Könüllüləri (AİK) ilə görüş davam edir.  Bu dəfəki görüşdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib.

    Rektor bildirib ki,  Aqrar İnkişaf Könüllüləri hərəkatına ölkə Prezidenti cənab İlham Əliyev böyük qiymət verir. Cənab Prezident çıxışlarında və görüşlərində deyib ki, “çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq.” Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlayıb və çox geniş vüsət alıb. Bu günə qədər minlərlə könüllü ASAN xidmətdə fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayının artması çox sevindiricidir. Hesab edirəm ki, könüllülük hərəkatı aqrar sektorun inkişafında da özünü təsdiq edəcək. Daha ətraflı »

  • 14Ноя
    Təhsil Комментарии к записи GDU-da «Unutmayaq ki, unudulmayaq» adlı tədbir keçirilib отключены

    İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində “Unutmayaq ki, unudulmayaq” adlı layihə çərçivəsində tədbir keçirilib.

    Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, sədr müavini İlhamə Qəsəbova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru, Beynəlxalq sülh səfiri  Yasəmən Əsgərova, İSPAM-ın deportament rəhbəri Aida Şirinova, Böyük Millət İnformasiya Portalının redaktoru Sima Babayeva, AMEA-nın Gəncə filialının fəlsəfə doktoru Ruziyyə Quliyeva, qəhrəman Nəcəf Verdiyevin  qardaşları Zöhrab və Eldar Verdiyevlər, yaxınları, doğmaları, döyüş yoldaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Təmkinli, eləcə də universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər. Daha ətraflı »

  • 14Ноя
    Təhsil Комментарии к записи REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB отключены

    Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda  Heydər Əliyev  Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında 4-cü yerə layiq görülüb. Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibov yarışın qalibləri ilə görüşüb.

    Rektor Yusif  Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.  Rektor gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. Daha ətraflı »

  • 13Ноя
    Təhsil Комментарии к записи ALMAN AKADEMİK MÜBADİLƏ XİDMƏTİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ отключены

    Bildiyimiz kimi Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər, Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir. Gəncə Dövlət Universiteti 7 ildən artıqdır ki, Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq edir.

    Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, təqaüdü tələbələrə bir daha qazandırmaq, elektron sənədləşmə işlərində yaranmış problemləri aradan qaldırmaq məqsədi ilə DAAD əməkdaşları və akademik müşaviri Ehtiram Müzəffərli Gəncə Dövlət Universitetində seminar keçiblər.

    Seminarda GDU və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri iştirak ediblər. Daha ətraflı »

  • 13Ноя
    Təhsil Комментарии к записи GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KONSTİTUSİYA GÜNÜ QEYD OLUNUB отключены

    Bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin — ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 24 illiyi qeyd olunur. İyirmi dörd il bundan öncə müasir dövlətçilik tariximizdə müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib.

    Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər əsas tədris binasının Nizami Gəncəvi adına zalında keçirilən Konstitusiya gününə həsr olunmuş tədbirdə səsləndirilib. Daha ətraflı »

  • 13Ноя
    Təhsil Комментарии к записи GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİB отключены

    Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibov ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan 1-ci kurs tələbələri ilə görüşüb.

    Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, ilk öncə Gəncə Dövlət Universitetinin fəaliyyət tarixini əks etdirən video çarx nümayiş etdirilib.

    Daha sonra rektor professor Yusif  Yusibov çıxışında bildirib ki, bu gün Gəncə Dövlət Universiteti özünün ən yüksək inkişaf dövrünü yaşayır. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda elmə və təhsilə böyük diqqət və qayğı göstərib. Bu gün isə Prezident İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Təhsil nazirliyi tərəfindən həyata keçirilən islahatlar isə təhsildə keyfiyyət göstəricilərinə müsbət təsir göstərir. Daha ətraflı »

  • 12Ноя
    Təhsil Комментарии к записи UTECA-da “Nəsimi ili”nə həsr edilən konfrans keçirilib отключены

    Azərbaycan Texnologiya Universitetində (UTECA) “Nəsimi ili”nə həsr edilən “Elmi nailiyyətlərin texnoloji inkişafda rolu” adlı elmi-praktik konfrans keçirilib. Respublika konfransının plenar iclasında Gəncə şəhər İcra Hakimiyyətinin və respublikanın bir sıra universitetlərinin nümayəndələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov konfransı açıq elan edərək, elm və urfan şairi İmadəddin Nəsiminin elmə verdiyi töhfələrdən danışıb. Şairə vaxtilə Ulu Öndər tərəfindən dəyər verildiyini, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin YUNESKO səviyyəsində qeyd edildiyini vurğulayıb. Hazırda isə ölkə prezidentinin sərəncamı ilə Nəsimi yaradıcılığının 650 illiyi respublika səviyyəsində qeyd edilir. Daha ətraflı »

Səhifə 8 - 13«...678910...»