19Мар
“Azərbaycan Respublikasında «Covid-19» xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 50 yaş və daha yuxarı şəxslərin «Covid-19» xəstəliyinə qarşı vaksinasiyası aparılır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da “COVİD-19”-a qarşı peyvənd olunub. Ona ikinci doza vaksin vurulub. İcra başçısı vaksin vurulduqdan 30 dəqiqə sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb.
Daha ətraflı »
02Фев
Bu gündən Azərbaycanda yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı vaksinasiya olunmasına başlanılıb. Artıq bir neçə poliklinikada peyvənd olunmaq üçün müraciətlər var. 2 nömrəli Şəhər Poliklinikasından “Report”a bildirilib ki, səhər saatlarından başlayaraq vaksinasiya start verilib: “Artıq 5 nəfər sakin vaksin olunmaq üçün müraciət edib və onlara peyvənd vurulub. Vəziyyətləri yaxşıdır”.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Daha ətraflı »
11Дек
ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhali üzərindəki təsirlərini öyrənmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində öz işinə başlayıb.
Missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edəcək, tibb işçiləri və digər şəxslərlə ÜST-nin lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün müzakirələr aparacaq.
Daha ətraflı »
24Ноя
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti David Navarro gələn ilin əvvəlində Avropada koronavirus pandemiyasının üçüncü dalğası barədə xəbərdarlıq edib.
Ekspert ilk dalğadan sonra yay aylarının nisbətən sabit keçdiyini və həmin dövrdə Avropada müvafiq infrastrukturun yaradılmadığını diqqətə çatdırıb. Məhz buna görə də hazırda ikinci dalğa Avropada tüğyan edir. Həyata keçirilən sərt karantin rejimi nəticəsində infeksiyanın yayılmasının qarşısının alınmasına səy göstərilir, lakin karantin qaydaları yumşaldılandan sonra növbəti problem meydana çıxa bilər.
Daha ətraflı »
Yeni ismarıclar