Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərdə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Daha ətraflı »
Yeni ismarıclar