04Май
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı may ayına olan virtual repertuarını açıqlayıb. Bu barədə teatrın feysbuk səhifəsində məlumat verilib. Tamaşalar saat 19:00-da sosial şəbəkələr vasitəsilə yayımlanacaq.
Teatrın repertuarını təqdim edirik:
01.05 — M.F Axundzadə “Hekayəti Müsyo Jordan və dərviş Məstəli şah”
02.05 – C. Cabbarlı “Dönüş”
09.05 – M. Cəlal “ Ərik ağacı”
10.05 — A. Murovdağlı “Alın yazısı”
Daha ətraflı »
09Апр
Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Nizami ili çərçivəsində Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə tələbə və müəllimlərin “Müdriklik zirvəsi” adlı onlayn görüşü keçirilib. Görüşü açılış sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva vebinara böyük marağın göstərildiyini, Respublikanın müxtəlif guşələrindən, 15 universitetdən tələbə-müəllim heyətinin qatıldığını vurğulayıb.
Daha sonra söz qonaqlardan Millət vəkili Müşfiq Cəfərova verilib. Millət vəkili Nizami ili çərçivəsində Gəncədə görüləcək işlər barədə danışıb.
Sabir Rüstəmxanlı haqqında qısa bir video çarxın nümayişindən sonra xalq şairi dərin və məzmunlu çıxış edib. Bədii söz xəzinəsinin incisi, 880 illik bəşəri sərvət Nizami Gəncəvidən bəhs edən Rüstəmxanlı uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami irsindən danışıb.
Daha ətraflı »
24Ноя
Turizm bütün dünyada ən geniş yayılmış sahələrdən biridir. Son illərdə respublikamızda da turizmə dövlət qayğısı xeyli artıb. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır,
turizm obyektlərində xidmətin səviyyəsi daha da yaxşılaşır. Turizmin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan önəmlidir. Xarici ölkələrdən gələn turistlər istirahət etməklə yanaşı, ölkəmizin tarixi, milli xüsusiyyətləri, musiqisi, incəsənəti, mətbəxi və s. ilə yaxından tanış olurlar.
Respublikamızın zəngin təbii imkanları və iqlim şəraiti turizmin inkişafına əlverişli zəmin yaradır.
Daha ətraflı »
29Окт
“Eurovision” mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. “Say Hallelujah” mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi yutub kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.
Klipdə “Report” İnformasiya Agentliyinin hadisə yerində lentə aldığı kadrlar da yer alıb.
Müğənni Elnur Hüseynov hisslərini bölüşüb:
Daha ətraflı »
28Окт
Ermənilərin Gəncəyə yönələn terror və hərbi cinayətlərdən bəhs edən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib. Filmdə Gəncədə yaşanan hadisələr, ilk dəfə bura gələn aktyorun apardığı müşahidə və qeydlər əsasında tamaşaçıya təqdim olunur. Erməni vəhşiliklərinin daha geniş auditoriyaya çatdırılması məqsədilə filmə ingilis dilində titrlar əlavə edilib.
“Mən Gəncəyəm” filminin rejissoru Ramil Ağasıyev bildirib ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf alıb: “Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik.
Daha ətraflı »
25Сен
Gəncə Dövlət Dram Teatrında 126-cı mövsümün açılışı olub. Mövsümün açılışı teatrının ikinci səhnəsi olan Nizami Poeziya teatrında açıq havada baş tutub. Tamaşaçı
sız açılan mövsüm yerli yazar Xəzangül Hüseynovanın “Xərabət gözəli” əsəri ilə başlayıb.
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki,Poeziya teatrı 1979-cu ildən ictimai əsaslarla fəaliyyətə başlayıb. 90-cı illərdən dövlət statusu alıb. O dövrdən indiyə kimi Nizami Gəncəvi irsinin təbliğ üçün səhnə teatrı olub. 2008-ci ildə isə teatrlar arasında gedən reforma ilə bağlı Poeziya teatrı da Gəncə Dövlət Dram Teatrının balansına verilib. Teatrın ikinci səhnəsi kimi mütamadi olaraq fəaliyyət göstərir. İldə bir tamaşanın burda oynanılması nəzərdə tutulub.
Daha ətraflı »
Yeni ismarıclar