Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Июл
    Mədəniyyət Комментарии к записи Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb отключены

    145 il əvvəl — 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür.
    Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

    Daha ətraflı »

  • 30Июн
    Mədəniyyət Комментарии к записи İlham Əliyev İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olub отключены

    İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.
    UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olunan, xalqımızın qədim və zəngin tarixini sübut edən İçərişəhərdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib.
    Bu qapılar sonuncu dəfə 1956-1957-ci illərdə təmir edilib. Mütəxəssislərin 2 il əvvəl apardığı müşahidələrin nəticəsinə əsasən abidədə həm daxildən, həm də xarici tərəfdən çatlar, deformasiyalar aşkar olunub.

    Daha ətraflı »

  • 30Июн
    Mədəniyyət Комментарии к записи Müharibənin vurduğu mənəvi zərbələr qısametrajlı filmdə отключены

    Cəmiyyətdə baş verən bütün hadisələr insanlara həm fiziki, həm də mənəvi cəhətdən müəyyən mənada təsir göstərir. Yaranan stress, gərginlik və bu kimi hallar özünü şəxsə görə fərqli formalarda büruzə verir. Bunlardan ən dəhşətlisi isə sözsüz ki, müharibənin törətdiyi psixoloji travmalardır. Çox əfsuslar olsun ki, həyatı müharibə dövrünə təsadüf edənlər bəzən nəinki yaxınlarını, ailə üzvlərini, hətta xəyallarını, arzu və ümidlərini itirirlər. Həmin itirilən ümidlər, həmin qarmaşalıq «Qaşıq» qısametrajlı filmində canlandırılıb.

    Daha ətraflı »

  • 27Май
    Mədəniyyət Комментарии к записи «Şollerin arxivi» filmi ABŞ-da qranta layiq görülüb отключены

    Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Şollerin arxivi” filminin 2-ci hissəsini istehsal etmək üçün “From the Hearts Production Prodakshn”a ssenari təqdim etdik. Bunu “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib.
    “From the Hearts Production Prodakshn” 1960-cı ildən Amerika Birləşmiş Ştatlarının Koliforniya ştatının Oksnard şəhərində fəaliyyət göstərir. Prodakşının müxtəlif proqramları var. Belə ki, onun “Roy W.Dean” qrantı 1992-ci ildə təsis olunub və pul mükafatları təqdim edir.

    Daha ətraflı »

  • 26Май
    Mədəniyyət Комментарии к записи Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə əlaqədar özbək dilində bölmə istifadəyə verilib отключены

    Özbək dilində istifadəyə verilən “Abdurahimbek Haqberdiyev” adlı bölmədə ədibin həyatı, yaradıcılığı, yaratdığı əsərlər, bütövlükdə ədəbi fəaliyyəti haqda məlumatlar öz əksini tapıb.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə tanınmış yazıçı, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, dirijor, Əməkdar incəsənət xadimi, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

    Daha ətraflı »

  • 22Май
    Mədəniyyət Комментарии к записи Azərbaycanda Kino Şurası yaradıldı отключены

    Dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək Şura üç İşçi Qrupundan ibarətdir.

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədi ilə Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb.

    Daha ətraflı »

  • 22Май
    Mədəniyyət Комментарии к записи Gəncə Daşların Yaddaşı: Gəncə Dövlət Kukla Teatrının binasına səyahət отключены

    Daşların yaddaşı möhkəmdir, uzunömürlüdür və bəzi insanların yaddaşından fərqli olaraq tarixin bütün mərhələlərində baş vermiş hadisələrin hamısını öz varlığında qoruyub saxlama potensialına malikdir.

    Daşların dili nə qədər səssiz və lal kimi görünsə də, hiss edilsə də, əslində onun ürəyi bir o qədər dolu və zəngindir. Bəzən abidənin xarici görkəmi o qədər də kübar görünməyə bilər, lakin onun daxili dünyası, əsrlərdən bəri axıb gələn mənəvi, mədəni ruhu əsilzadələrin yaşam tərzinə bərabərdir.

    Daha ətraflı »

  • 21Май
    Mədəniyyət Комментарии к записи Gəncə Dövlət Dram Teatrına ağır itki üz verib отключены

    Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinə ağır itki üz verib. Teatrın Musiqi hissə müdiri Mustafayeva Tünzalə Ələddin qızı ömrünün 65 ilində vəfat edib.
    Bu barədə teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.
    Onun sözlərinə görə, Mustafayeva Tünzalə Ələddin qızı 1955-ci ildə Gəncə şəhərində anadan olub. 1979-cu ildə M. Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunun “Musiqi” şöbəsini bitirib.

    Daha ətraflı »

  • 21Май
    Mədəniyyət Комментарии к записи Gəncə Gənclər Evi onlayn tədbirlər keçirib отключены

    Gəncə Gənclər evinin nəzdində bir çox klub fəaliyyət göstərməkdədir. Bu kulblardan biri də Teatr klubudur. Günümüzə qədər on əsəri səhnələşdirən «Teatr klubunun» istedadlı üzvlərinin karantin şəraitində Azərbaycan filmləri və Azərbaycan xalq nağıllarına müraciət edərək 3 fərqli üslubda və müxtəlif məkanlarda videorolik hazırlayıb.
    Bu roliklərdə iştrak edən gənclər teatr klubunun fəal üzvləridir və şəhər tədbirlərində iştrak edirlər. Filmlər aşağıdakılardır:

    Daha ətraflı »

  • 19Май
    Mədəniyyət Комментарии к записи Gəncənin Heydər Əliyev Mərkəzinə virtual ekskursiya təşkil olunub отключены

    Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən muzeylərlə bağlı layihə təşkil edilib. Layihənin əsas məqsədi tarixi və mədəni irsimizin gənclər arasında təbliğ olunmasıdır. Layihə sayəsində gənclər Gəncə şəhərində fəaliyyət göstərən muzeylərə virtual ekskursiya etmək imkanı əldə ediblər.

    Daha ətraflı »