Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,467
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 12Фев
    Hadisə Комментарии к записи Gəncədə yeraltı keçidə ziyan vurmuş şəxslər ifşa olundu отключены

    Gəncənin Şah İsmayıl Xətai prospektində (Azərbaycan Texnologiya Universitetinin qarşısında) yerləşən piyada keçidinin tavan hissəsi bir qrup şəxs tərəfindən yararsız hala salınıb. Keçiddə quraşdırılmış müşahidə kameraları vasitəsi ilə həmin şəxslərin Gəncə şəhər sakinləri Z.İ və N.M olduğu müəyyən edilib. Kəpəz Rayon Polis İdarəsi tərəfindən həmin şəxslər barəsində ictimai əmlaka ziyan vurduqları üçün müvafiq qaydada inzibati tədbir görülüb.

    Qeyd edək ki, Gəncədə olan piyada keçidləri “Təhlükəsiz şəhər” kameraları vasitəsi ilə 24 saat ərzində müşahidə olunur.

    Şəhər əhalisindən bu cür hərəkətlərə yol verən şəxslərin əməllərinə biganə qalmamaq və hər hansı bir dövlət əmlakına ziyan vurulması faktlarına etinasız yanaşmamaq xahiş olunur.  Bu cür faktlarla üzləşdikdə şəxslərin vətəndaş mövqeyindən çıxış etmələri, eyni zamanda “102” Xidmətinə məlumat vermələri tövsiyyə olunur. Daha ətraflı »

  • 12Фев
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 07Фев
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 05Фев
    Hadisə Комментарии к записи Düşmən atəşkəs rejimini 20 dəfə pozub отключены

    Atəşkəs rejimi 20 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 21Янв
    Hadisə Комментарии к записи Düşmən atəşkəs rejimini 22 dəfə pozub отключены

    Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 03Дек
    Hadisə Комментарии к записи Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə top mərmisi aşkarlanıb отключены

    Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

    Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Gəncə şəhəri ərazisində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Daha ətraflı »

  • 17Сен
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Yusifcanlı, Mərzili, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb. Daha ətraflı »

  • 26Авг
    Hadisə Комментарии к записи Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür отключены

    Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.

    1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.

    Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

    Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb. Daha ətraflı »

Səhifə 5 - 512345