06Ноя
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Gələcəyə Körpü GİB-nin üzvlərindən ibarət İctimai Nəzarət qrupları əhali, xüsusilə gənclər arasında maarifləndirmə aparırlar.
Məlum olduğu kimi, Azərbaycan işğalçı Ermənistan ordusu ilə yanaşı, gözəgörünməz düşmən olan COVİD-19 pandemiyası ilə də mübarizə aparır. İctimai Nəzarət qrupları arxa cəbhədə əhalinin hər iki mövzuda maarifləndirilməsinə dəstək olurlar.
Daha ətraflı »
18Сен
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib.
Bildirilib ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın daim sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin
Daha ətraflı »
25Авг
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə elan etdiyi müsabiqədə “Təmas” Regional İnkişaf İctimai Birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsinin icrası davam edir.
Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının)” fəaliyyətiin dəstəklənməsidir.
Daha ətraflı »
15Июл
Təşəbbüsün məqsədi xüsusən həssas icmalarda yaşayan vətəndaşların iştirakçılıq bacarıqlarının gücləndirilməsi, bu istiqamətdə səmərəli təşviqat və ictimai vəkillik işinin təşkili idi.
Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi — Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Qərb bölgəsində «Həssas icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə» adlı təşəbbüs yekunlaşmaq üzrədir.
Daha ətraflı »
30Июн
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanuna yeni 24-3-cü maddə ( Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması) əlavə olunur.
Daha ətraflı »
28Дек
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi oktyabr ayından etibarən Gəncə şəhərində “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının) potensialının artırılması” layihəsinin icrasını yekunlaşdırır.
Layihənin əsas məqsədi qərb bölgəsində insan alveri və insan alverinin potensial qurbanlarına mütəmadi yardımların təmin olunması, onların ehtiyaclarının ödənilməsi,müvəqqəti sığınacaqla təmin olunması, təhlükəsiz mühitin yaradılması, bunlarla yanaşı sığınacağın potensialının gücləndirilməsidir. Daha ətraflı »
16Окт
Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
“Təmas” Regional İnkişaf İctimai Birliyi may ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Insan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Rabilitasiya-Reinteqrasiya Mərkəznin dəstəklənməsi” layihəsinin icrası oktyabr ayında yekunlaşır.
Əsas məqsədi insan alveri və məişət zorakılığından əziyyət çəkən qadın və uşaqları, sosial riskli ailələrdən olan şəxsləri, sənədsiz insanlari mütəmadi yardımlarla təmin etmək olan Mərkəzə müraciət edən şəxslər təhlükəsiz sığınacaqla təmin olunur, onlara pulsuz hüquqi, psixoloji yardımlar göstərilir və digər sosial xidmətlər təklif olunur. Layihənin icrası dövründə Mərkəzdən (sığınacaq) həssas vəziyyətdə olan 193 nəfər qadın və uşaq yararlanıb. Onlardan10 nəfəri insan alverinin, 2 nəfəri insan alverinin ehtimal olunan qurbanı, 181 nəfəri isə insan alverinin potensial qurbanları olublar. Onlardan 92 nəfəri qadın, 101 nəfəri isə uşaq olub. (74 oğlan, 57 qız). Daha ətraflı »
02Окт
Gəncə Regional Qadın Mərkəzi tərəfindən “Qadınların Liderliyi üzrə Yay məktəbi” layihəsi həyata keçirilib. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və Counterpart İnternəşnl təşkilatı tərəfindən maliyyələşdirilib. Layihənin əsas məqsədi gənc qızların müəyyən ixtisas üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə iştirakçılığının artırılmasına ictimai vəkillik etməkdir.
Layihədə əsas hədəf qrupları gənc qızlar olub. Müraciət edən 96 qızdan 15 nəfəri layihəyə cəlb edilib. Yay məktəbində Bakı, Gəncə, İmişli, Ağdam, Kəlbəcər, Göygöl, Goranboy, Mingəçevir və Şəmkirdən olan gənc xanımlar iştirak ediblər. Göygöl rayonunun Toğana kəndində təşkil olunan 10 günlük düşərgədə qızlar liderlik, şəxsi və peşəkar inkişaf, gender hüquqarı, marketing, ictimaiyyətlə əlaqələr, biznes bilikləri əldə ediblər. Daha ətraflı »
01Окт
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində Gəncədə “Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətini davam etdirir.
Layihə rəhbəri Südabə Məmmədova bildirib ki, artıq mərkəzə 30 ahıl qadın və kişi cəlb olunub. Onların cəmiyyətə inteqrasiya olunmaları üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Belə ki, ahılların psixoloji durumu qiymətləndirilir onlara gündəlik inkişaf xidmətləri göstərilir, psixoloji dəstək və məsləhətlər verilir. Layihəyə cəlb olunan pedaqoq tərəfindən ahıllarla maarifləndirmə işi təşkil edilir, mərkəzə cəlb edilən ahılların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlər müzakirə edilir. Ayda iki dəfə onlar üçün ekskursiyalar təşkil olunur. Daha ətraflı »
31Июл
Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin icra etdiyi “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi yekunlaşıb. Sonuncu tədbir Gəncə Maarif Evində baş tutub. Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlnan sosial çarx təqdim olunub.
Görüşdə layihə rəhbəri Məleykə Əlizadə layihə haqqında məlumat verib, onun aktuallığından danışıb. O bildirib ki, layihənin əsas məqsədi maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir. Layihənin əsas hədəfi gənclərdir.
Sosial çarxda genderəsaslı zorakılıq hallarından, belə hallara qarşı cəmiyyətin münasibətindən bəhs olunur. Sosial çarxda gender əsaslızorakılıq pislənir və onun qarşısının alınmasının vacibliyi vurğulanır.
Tədbirin sonunda sosialn çarx və layihə barədə yekun müzakirələr aparılıb. Daha ətraflı »
Yeni ismarıclar