Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Окт
    QHT Комментарии к записи Gəncədə Ahıllar üçün günərzi qayğı mərkəzi fəaliyyətə başlayıb отключены

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində Gəncədə “Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətini davam etdirir.

    Layihə rəhbəri Südabə Məmmədova bildirib ki, artıq mərkəzə 30  ahıl qadın və kişi cəlb olunub. Onların cəmiyyətə inteqrasiya olunmaları üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Belə ki,  ahılların psixoloji durumu qiymətləndirilir onlara gündəlik inkişaf xidmətləri göstərilir, psixoloji dəstək və məsləhətlər verilir. Layihəyə cəlb olunan pedaqoq tərəfindən ahıllarla maarifləndirmə işi təşkil edilir, mərkəzə cəlb edilən ahılların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlər müzakirə edilir. Ayda iki dəfə onlar üçün ekskursiyalar təşkil olunur.   Daha ətraflı »

  • 31Июл
    QHT Комментарии к записи Gəncə Regional Qadın Mərkəzi İB-nin icra etdiyi növbəti layihə yekunlaşıb отключены

    Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin icra etdiyi “Ailə qanunvericiliyinin təbliği və məət zorakılığının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi yekunlaşıb. Sonuncu tədbir Gəncə Maarif Evində baş tutub. Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlnan sosial çarx təqdim olunub.

    Görüşdə layihə rəhbəri Məleykə Əlizadə layihə haqqında məlumat verib, onun aktuallığından danışıb. O bildirib ki, layihənin əsas məqsədi maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir. Layihənin əsas hədəfi gənclərdir.

    Sosial çarxda genderəsaslı zorakılıq hallarından, belə hallara qarşı cəmiyyətin münasibətindən bəhs olunur. Sosial çarxda gender əsaslızorakılıq pislənir və onun qarşısının alınmasının vacibliyi vurğulanır.

    Tədbirin sonunda sosialn çarx və layihə barədə yekun müzakirələr aparılıb. Daha ətraflı »

  • 30Июл
    QHT Комментарии к записи Türkiyənin İzmir şəhər Bələdiyyəsinin üzvləri Gəncədə işgüzar səfərdə olublar отключены

    Türkiyənin İzmir şəhərinin Böyükşəhər Bələdiyyəsi və Çiğli Bələdiyyəsinin Məclis üzvü Dəniz Bektaş, Çiğli Bələdiyyəsinin başkan yardımçısı Tülin Koç və Avropa Birliyinin Təhsil və Gənclik Proqramları Mərkəzinin Türkiyə Respublikasındakı nümayəndəliyinin Avropa Könüllülük Xidməti üzrə Çiğli Bələdiyyəsində məsul şəxsi Gülsün Özünal Derse Gəncə şəhərində işgüzar səfərdə olublar. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin dəvəti ilə baş tutan səfər zamanı qonaqlar müxtəlif görüşlərdə iştirak ediblər.

    Səfərin əsas məqsədi Gəncə və Bakıda müxtəlif işgüzar görüşlər keçirmək, bələdiyyələrlə görüşərək təcrübə mübadiləsi etmək və gənlər sahəsində müxtəlif layihələrin birgə icrasını həyata keçirməkdir. Səfər çərçivəsində qonaqlar ilk görüş Nizami ( Gəncə ş.) Bələdiyyəsinin sədri Qoşqar Məmmədovla baş tutub.  Daha ətraflı »

  • 22Июл
    QHT Комментарии к записи Gəncədə ‘Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması’ layihəsi icra olunur отключены

    "Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması" layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə, Gəncə Gənclər Evinin dəstəyi, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihənin hədəf kütləsi valideyn himayəsindən məhrum olan uşaqlardır.

    Təşkilatın sədri Lamiyə İsazadə: “Cəmiyyətin həssas üzvləri olan, valideyn himayəsindən məhrum olan uşaqların taleyi dinindən, irqindən asılı olmayaraq hər kəsi düşündürür. Onlar 18 yaşa qədər dövlətin himayəsində olsalar da, onların 18 yaşdan sonrakı həyatları bizləri daha çox narahat edir. Uşaq evi sakinlərinin çox az hissəsi ali məktəblərə qəbul olub ali təhsil alır, öz həyatlarını siğortalayırlar. Bəs təhsil almayan uşaqların aqibəti necə olur?! Əgər həmin uşaqlar heç bir təhsilə, sənətə sahib deyillərsə, küçə həyatı yaşamağa məhkum olurlar. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün bu və ya buna bənzər layihələrin icrasını zəruri hesab edirik. Hazırda icra etdiyimiz "Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması" layihəsinin əsas məqsədi 3 aylıq dekorativ-tətbiqi sənət kursunun təşkili və valideyn himayəsindən məhrum olan uşaqların bu kurslara cəlbidir”. Daha ətraflı »