18Ноя
Erməni terroru nəticəsində Gəncəyə atılan raketlərin təsirindən zərər görən şəhər stadionunda dəyən ziyanın aradan qaldırılmasına başlanılıb. Hadisə zamanı «Kəpəz» futbol komandasının ev oyunlarını keçirdiyi arenanın inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb və şüşələr qırılıb.
Klubun daxili imkanları hesabına qapı və pəncələr təmir olunub, qırılmış şüşələr yenisi ilə əvəzlənib.
Daha ətraflı »
18Сен
Gəncədə «Könüllülər Kuboku»nun proqramına daxil olan növbəti idman layihəsi basketbol (3×3) oyunu yekunlaşıb. İdman yarışı Gənclər və İdman Nazirliyi, «Azərbaycan İdman Könüllüləri » İctimai Birliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Basketbol (3×3) idman növündə «Könüllülər Kuboku» COVİD-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən açıq hava şəraitində, tamaşaçısız və həkim nəzarəti altında keçirilib.
Daha ətraflı »
10Сен
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvləri arasında karantin qaydaları nəzərə alınmaqla peyntbol yarışı keçirilib.
Peyntbol hərbi-idman oyununun keçirilməsində əsas məqsəd gənclərin fiziki sağlamlığını qorumaq, hərbi-vətənpərvərlik ruhunu gücləndirmək, silahdan atış vərdişlərini təkmilləşdirmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü komandanı müəyyənləşdirmək olub.
Yarışda 6 komanda birincilik uğrunda mübarizə aparıb. Gənclərin böyük həvəslə iştirak etdiyi yarışın qalibi isə bütün rəqiblərini məğlub edən “Kəlbəcər” komandası olub.
Daha ətraflı »
07Сен
“Şəhid General-mayor Polad Həşimov”un xatirəsinə həsr olunmuş həvəskarlar arasında keçirilən mini-futbol üzrə Gəncə şəhər çempionatının final mərhələsi baş tutub. Finalda 1-ci və 2-ci yerlər üçün «Acces Bank» QSC-nin Gəncə filialının və «Turan Bank» ASC-nin Gəncə filialının komandaları,3-cü və 4-cü yerlər üçün isə»Bank Respublika» ASC-nin Gəncə filialının və «Rabitə Bank» ASC-nin Gəncə filialının komandaları mübarizə aparıblar.
I yeri «Acces Bank» QSC-nin Gəncə filialının komandası, II yeri «Turan Bank» ASC-nin Gəncə filialının komandası, III yeri isə «Bank Respublika» ASC-nin Gəncə filialının komandası tutub. Sonda qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, diplom və hədiyələrlə mükafatlandırılıblar.
Daha ətraflı »
17Авг
Gəncədə XV Yay Paralimpiya Oyunlarının qalibi Ramil Qasımov gənclər və idmansevərlərlə “Zoom” proqramı vasiətəsilə onlayn qaydada görüş keçirib. Görüş Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə Ramil Qasımov öz həyatı və idman sahəsində əldə etdiyi nailiyyətləri ilə bölüşüb. O, idmana necə başladığından, başlayarkən yaşadığı çətinliklərdən, qazandığı uğurlardan danışıb. Həmçinin, mövcud şəraitdə pandemiya dövründə gənclər və idmansevərlərin asudə vaxtlarını necə səmərəli keçirtmələri barəsində və gənc idmançıların ev şəraitində formalarını necə saxlamaqları üçün məsləhətlər verib.
Daha ətraflı »
21Июл
Onlayn turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
«20 iyul Beynəlxalq Şahmat Gününə» həsr olunmuş onlayn şahmat turnirində ikisi Türkiyədən olmaqla ümumilikdə 38 şahmatçı öz zehni gücünü sınayıb.
Bakı, Gəncə, Sumqayıt, Şəmkir və Samuxdan olan şahmatçılar İsveçrə sistemi ilə 7 turda, hər iştirakçıya 3+2 dəqiqə olmaqla mübarizə aparıblar.
Daha ətraflı »
19Июн
Bu gün Gəncə İdman Klubu, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi Gəncə Gənclər Evinin qonağı olub. Görüşdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə İdman Klubunun prezidenti, idman ustası Elvar Osmanov, peşəkar boksçu Ramal Amanov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov iştirak ediblər.
Görüşdə Ramal Amanovla birgə Gəncədə boks idman növünün daha da inkişafı üçün fikir mübadiləsi aparılıb. Bu sahədə görüləcək planlar müzakirə edilib.
Daha ətraflı »
31Май
Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Toplantıda Azərbaycan Premyer Liqası oyunlarının və komandaların məşqlərinin mümkün bərpası müzakirə olunacaq.
Saat 12:00-da başlayacaq iclasda AFFA, Peşəkar Futbol Liqası (PFL) və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcəklər. Yarımçıq qalmış çempionat oyunlarının bərpa tarixinin müzakirələrin yekununda açıqlanacağı gözlənilir.
Daha ətraflı »
27Май
26 may Gürcüstanın Müstəqillik günü və 28 may Azərbaycanın Respublika günü münasibətilə şahmat üzrə «İpək Yolu Kuboku» keçirilir. Yarışda 54 şahmatçı mübarizə aparır. Onlar arasında Gəncə şahmat məktəbinin yetirmələri də yer alıb.
İpək Yolu Kubokunda Nizami yurdunun iki iti zəka sahibi qüvvəsini sınayır. Yarışa qatılacaq Azərbaycan şahmatçılarının sırasında Vüqar Rəsulov və Ülviyyə Fətəliyeva yer alıb.
Daha ətraflı »
11Май
«Nə? Harada? Nə zaman?» intellektual oyunu «Ümummilli Lider Heydər Əliyevin 97-ci ildönümü»nə həsr edilib. Oyun Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evi və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə reallaşıb.
«Zoom» proqramı vasitəsilə keçirilən onlayn turnirdə iştirak etmək və öz intellektini sınamaq üçün 20-dən çox gənc qeydiyyatdan keçmişdir.
Daha ətraflı »
Yeni ismarıclar