Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Окт

    2Gəncə Olimpiya İdman Klubunun cüdoçuları Polşanın Varşava şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil edib. Yarışda klubun üç üzvü medal uğrunda mübarizə aparıb.

     

    Gəncəli idmançılar Nihat Sultanlı, Bəxtiyar Məmmədov və Əli Əhmədov yarışda öz güclərini sınayıblar. Üç yarışçılardan yalnız Əli Əhmədov 55 kq çəki dərəcəsində gümüş medala sahib olub. Yarışa ciddi hazırlaşdığını və gərgin məşqlər etdiyini bildirən Əli Əhmədov, beş mübarizəyə qatıldığını qeyd edib. Əli Əhmədov final yarışının çətin keçməsinə baxmayaraq ikinci yerə sahib olduğunu vurğulayıb.

    Gəncə Olimpiya İdman Klubunun məşqçisi Araz Muxtarov yetirməsinin hakim ədalətsizliyinin qurbanı olduğunu bildirib. Araz Muxtarovun sözlərinə görə, rəqib idmançı yerli olduğu üçün hakim Əli Əhmədova yersiz xəbərdarlıq edərək onu birinci pillədən məhrum edib.

    Qeyd edək ki, bu cür turnirlərdə iştirak etmək Nizami yurdunun yetirmələri üçün böyük təcrübə oldu. Bu yarışa qədər isə Gəncə Olimpiya İdman Klubunun cüdoçuları Türkiyə və Gürcüstanda keçirilən yarışlarda uğurla iştirak ediblər.  

    Sənubər Göyüşqızı 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:42

İsmarıclar bağlıdır.