Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 26Окт

    w_161508940943585423397_1000x669Gəncənin tarixini araşdıran arxeoloq alimlər Heydər Əliyev Park Kompleksindəki ərazidə yaşı təxminən 3 min 300 il olan, Son Tunc dövrünə aid kurqanlar aşkar ediblər. Bu barədə arxeoloji qazıntılar üzrə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov KİV nümayəndələrinə məlumat verib.

     

    Arxeoloq bildirib ki, qazıntılar Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə aparılıb: “İlk dəfə 2015-ci ildə yerüstü araşdırmalar aparmaq üçün Gəncə ərazisinə Arxeologiya və Etnoqrafiya İnstitutunun alimlərindən ibarət böyük bir qrup cəlb olunub. w_161508940943501343398_1000x669 İlkin tədqiqatlar nəticəsində Gəncə şəhər ərazisində 62 kurqan qeydə alınıb. Həmin kurqanlardan 4-ü bu il Arxeologiya və Etnoqrafiya İnstitutunun qərarı ilə elmi tədqiqata cəlb edilib. İlk olaraq 1 nömrəli kurqanda arxeoloji qazıntı işlərinə başlanılıb. Aparılan tədqiqat işləri zamanı şimal-qərb, yaxud cənub-şərq istiqamətində qazılmış kurqanların dördkünc və oval formada olduğu, kameraların ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşlarının düzüldüyü müəyyənləşdirilib”.

    Bəxtiyar Cəlilov qeyd edib ki, kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb və onların hər birində bir nəfərin dəfn edildiyi aşkarlanıb. Kameraların müxtəlif dərinliklərindən insan sümükləri tapılıb. Aparılmış ilkin antropoloji tədqiqata görə, sümüklər 28-32 yaşlarında dünyasını dəyişmiş kişiyə məxsusdur.w_1615089409435241110657_1000x669

    Kurqan tipli qəbirlərin həmin dövr insanlarının dəfn adəti və dini dünyagörüşlərini əks etdirən maddi-mədəniyyət abidəsi olduğunu deyən Bəxtiyar Cəlilov bildirib ki, kameralardan müxtəlif təyinatlı və formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, kiçikölçülü tunc düymələr, tunc və əqiq muncuqlar, vulkanik mənşəli obsidiandan hazırlanmış ox ucluqları, daş toppuz və sair nümunələr tapılıb.w_1615089409432100132363_1000x669

    Həmçinin ərazidə insanlar tərəfindən ayrı-ayrı vaxtlarda aparılan təsərrüfat işləri nəticəsində dağıntıya məruz qalmış kurqanlar da tədqiqata cəlb edilib. Həmin kurqanlara vaxtilə müəyyən müdaxilələr olduğu üçün onların üst örtüyü dağıdılıb. Ona görə də arxeoloqlar tərəfindən kameralarda həm də təmizləmə-qazıntı işləri aparılıb.

    Arxeoloji qazıntıya cəlb olunan bütün kurqanların Son Tunc dövrünün maddi-mədəniyyət abidələri olduğunu deyən Bəxtiyar Cəlilov bildirib ki, aşkarlanan kurqanlar Xocalı-Gədəbəy mədəniyyətinə aid edilsə də, kameralarda müxtəlif istiqamətlər müəyyənləşdirilib. Bu da həmin dövr insanlarının dini inanclarında, yaxud dəfn adətlərində mövcud olan müxtəlif fərqliliklərlə bağlıdır.w_1615089409436219036419_1000x669

    Qeyd edək ki, hazırda arxeoloq alim Bəxtiyar Cəlilovun rəhbərliyi ilə ekspedisiya qrupunun üzvləri — tarix üzrə fəlsəfə doktorları Müzəffər Hüseynov, Natiq Alışov, tədqiqatçılar Vüsal Həsənov və Lola Hüseynova Gəncə şəhər Heydər Əliyev Park Kompleksindəki ərazidə arxeoloji qazıntı işlərini davam etdirirlər.

                                                                 

               

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       azertag.az

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:59

İsmarıclar bağlıdır.