Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 26Окт

          Görüşdə universitetin rektoru Yusif Yusibov, Beynəlxalq əlaGdu7qələr şöbəsinin koordinatoru Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, İnnovasiya departamentinin müdiri Vasif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, fakültə dekanları və əcnəbi tələbələr iştirak edib.

     

        GDU-nun mətbuat xidmətindən verilən məlumata görə görüşdə çıxış edən universitetin rektoru Yusif Yusibov universitetdə fəaliyyət göstərən 8 fakültədən 7-də xarici ölkə vətəndaşları olan əcnəbi tələbələrin təhsil aldığını bildirib. Professor ali təhsil müəssisəsinin keçdiyi tarixi inkişaf yolu, son illər elm və təhsil sahəsində qazanılan uğurlar, çoxsaylıGdu12 beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Rektor universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanaraq onlara təhsillərində uğurlar diləyib.

          Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə əcnəbi tələbələrə universitet seçimində yanılmadıqlarını qeyd edib və bu yolda onlara daim yardımçı olacaqlarını vurğulayıb.

          Əcnəbi tələbələr universitetdə onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə universitetin rektoru Yusif Yusibova, professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

          Sonda universitetin rektoru əcnəbi gənclərə tələbə biletlərini təqdim edib.

    Samirə SƏMƏDOVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:14

İsmarıclar bağlıdır.