Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Июл

    Millət artıq deyir qan-qan,
    Qayıdacaq tez bir zaman.
    Doğma, Qərbi Azərbaycan.
    Ürəklərdə arzı istək,
    Ata yurdum Dərəçiçək.

    Qəlbimizə düşübdü xal,
    Yol gözləyir bütöv mahal,
    Birdir məqsəd, birdir amal.
    Olacaqdır bu iş gerçək,
    Soyum, köküm Dərəçiçək.

    Babaların ruhu yatmır,
    Yaramızı dərd sağaltmır,
    Əllərimiz hələ çatmır.
    Tarix bizə canlı örnək,
    Canım, gözüm Dərəçiçək.

    Canımızda təpər ola,
    Oğullar da sipər ola,
    Atlarımız kəhər ola.
    Rüsxət verə, gərək fələk,
    Ana Vətən Dərəçiçək.

    Müqəddəsdir ocağımız,
    Od püskürür torpağımız.
    Bu üçrəngli bayrağımız,
    O yerlərdə yüksələcək.
    Unudulmaz Dərəçiçək,
    Unudulmaz Dərəçiçək.

    İlham MUSAOĞLU

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:45

İsmarıclar bağlıdır.