Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Июл

    Havaların isiti keçməsi yaşıllıqların qorunmasınıda aktual edir. Yaşıllıqlar şəhəri kimi tanınan Gəncədə də isti yay günləlrində ağacların mütəmadi suvarılmasına xüsusi diqqət yetirilir. Gəncə şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən MKTİB-nin yaşıllaşdırma şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Şəhərin mövcud park və xiyabanlarında, eləcə də küçə və prospektlərində yol kənarlarına əkilən ağacların suvarılmasına 41 arteziyan və 20-dən çox suçiləyici avtomobil cəlb olunub.

    Suvarma ilə yanaşı yaşıllıqlara mövsümü aqrotexniki qulluqda göstərilir. Şəhər yaşıllığının qorunması üçün MKTİB-nin yaşıllaşdırma şöbəsinin 80-ə yaxın canlı qüvvəsi səfərbər edilib. Lakin təbiəti qorumaq, ona qulluq göstərmək tək adiyyatı qurumların deyil, hər bir vətəndaşın borcudur. Çünki ekologiyanı qorumaqla əslində öz sağlamlığımızı qorumuş oluruq.

    Qeyd edək ki, Gəncədə hər il orta hesabla 80 minədək ağac əkilir.

     

    Məlumata dair videomaterialı təqdim edirik: https://youtu.be/plsyINybYGc 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:50

İsmarıclar bağlıdır.