Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 26Окт

        AtuAzərbaycan Texnologiya Universitetində Elmi Şuranın 2 saylı iclası keçirilib. İclasda çıxış edən ATU-nun rektoru, professor Akif Süleymanov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.

     

         ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, prorektorlar Vüqar İsmayılov və Səbuhi Yusifovu dosent elmi adı almaları, həmçinin dosent Firdovsi Babayevi 75, komendant Əhməd Nəcəfovu isə 65 illik yubileyləri  münasibətilə kollketiv adından təbrik edib.Atu2

         Təchizat şöbəsinin müdiri Ağası Cumayev universitetin qış mövsümünə hazırlığının vəziyyəti barədə, Elmi tədqiqat şöbəsinin müdiri Qalibə Məmmədova isə 2018/2020-ci illər üzrə elmi-tədqiqat işlərinin mövzu planının layihəsinin hazırlanması haqqında məlumatla çıxış edib. Hər iki məlumat qısa müzakirələrdən sonra qəbul edilib.

         Müxtəlif məsələlərin müzakirəsi zamanı elmi katib Mətanət Əhmədova Nazilə Ramiz qızı İsgəndərovanın dosent elmi adı alması Atu1üçün AAK qarşısında vəsatətin qaldırılmasını, baş müəllim Ulduz Babayeva isə yeni tədris vəsaitlərinin təsdiqini Elmi Şuranın müzakirəsinə təqdim edib. Hər iki məsələ səsvermə yolu ilə qəbul olunub.

        Sonda Şura üzvlərinin gizli səsverməsi ilə kafedra müdiri və dekan vəzifələrinin tutulması üzrə komissiyanın tərkibi yenidən formalaşdırılıb.

        Bununla da Elmi Şuranın 2 saylı iclası yekunlaşıb.

    Sənubər GÖYÜŞQIZI

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:21

İsmarıclar bağlıdır.