Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 30Июл

    Qarşıdan gələn Qurban bayramının ölkəmizdə pandemiya dövrünün şərtlərinə uyğun qeyd olunması qərara alınıb. Belə ki, insanlar arasında kütləvi təmasın qarşısının alınması, kütləvi yoluxma hallarına yol verməməkdən ötrü bu il ziyarətgahlar, müxtəlif dini yerlərdə, eləcə də ayrı-ayrı ünvanlardakı ənənəvi kəsim yerləri fəaliyyət göstərməyəcək.

    Bununla əlaqədar olaraq Qafqaz Müsəlmanlar İdarəsinin Qurban bayramı ilə bağlı yaydığı məlumatda deyilir:

    “Bu ilki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır.

    Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. 

    Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu vacib deyil, müstəhəb əməl olduğundan bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır”.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:03

İsmarıclar bağlıdır.