Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Авг

    Gəncə şəhəri, Göygöl və Goranboy rayonlarının ərazisində olan qədim kəhrizlər bərpa olunacaq.
    Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasını həyata keçirir.

    Təşkilatdan verilən məlumata görə, bu günlərdə BMqT-nin nümayəndələri kəhrizlərin bərpasının monitorinqini aparmaq üçün layihənin həyata keçirildiyi Ağdam rayonunda yerləşən Əhmədağalı, Mirəşelli və Çinarlı kəndlərinə səfər edərək bu ərazidə yerləşən kəhrizlərdə aparılan bərpa işlərlər ilə tanış olublar.
    Onlar həmçinin Aghdam rayonu ərazisində kəhrizlərin bərpası ilə məşğul olan kənkanlarla (kəhriz ustaları) da görüşüblər.
    Qeyd edək ki, adıçəkilən dörd illik layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən artıq ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədini daşıyır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.

    Səbuhi Hacıyev

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:02

İsmarıclar bağlıdır.