Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 12Авг

    Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, İordaniya kimi bir neçə dövlətin ali məktəbləri arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə adıçəkilən ölkələrin bir sıra nüfuzlu universitetlərinin rektorları iştirak edib.

    UTECA-nın rektoru, professor Akif Süleymanov iştirakçılara universitet haqqında geniş məlumat verib, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıb. Erməni qəsbkarlarının hücumlarına son qoyulması və işğalçılıq siyasətinin dayandırılması tələb olunub.

    Ardınca universitetlərarası əməkdaşlığın mövcud vəziyyəti və bundan sonrakı əlaqələr müzakirə edilib. Gələcəkdə ali məktəblərin əməkdaşlıq ittifaqının yaradılması təklif olunub.

    Növbəti görüşün Azərbaycan Texnologiya Universitetinin 50 illik yubileyinə həsr edilməsi barədə razılığa gəlinib.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:00

İsmarıclar bağlıdır.