Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Сен

    Gənclik və gələcək bir-biri ilə əlaqəlidir, biri digəri olmadan mövcud ola bilməz. Cəmiyyətin saat kimi işləyən təbəqəsi bildiyimiz gənclərin fəaliyyəti ilə elm, texnologiya daha yüksək formada inkişaf edir. Bu gün dövlətimiz hər bir Azərbaycan gəncinin vətənpərvər ruhda yetişməsi, milli-mənəvi dəyərlərin qorunması, xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız olaraq kömək ənənələrinin yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı çox böyük işlər görür.

    Əgər hər hansı bir gənc düzgün yolda deyilsə, inkişafını düzgün olmayan istiqamətə yönəldibsə, bu ölkə üçün yük olur. Bəs doğru istiqamət nədir? Gənclər özlərini necə inkişaf etdirməlidirlər? Davamlı özünüinkişaf necə getməlidir?

    YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “İnkişaf sənin əlindədir” adlı videokonfransda gəncər bu sualların cavabını tapmağa çalışıblar.

    Peşəkar təlimçi Sənan Nəcəfov “İnkişaf sənin əlindədir” şüarı ilə inkişafa doğru hərəkət edib, mövqelərini möhkəmləndirmələri üçün nələrin lazım olduğunu gənclərin diqqətinə çatdırıb. Eyni zamanda nə zaman, necə davranılmalı olduğunu dəqiq bilən Sənan Nəcəfov məqsədə çatmaq üçün maneələri dəf etməyi, çətinliklərdən usanmadan son qədər getməyi gənclərə tövsiyə edib.

    Videokonfrans geniş diskussiya şəraitində davam edib və gənclər peşəkar təlimçi ilə fikir mbadiləsi aparıblar.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:15

İsmarıclar bağlıdır.