Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Сен

    Son 17 ildə bütün beynəlxalq təşkilatların toplantılarında, mühüm siyasi arenalarda, son illər savaş meydanında Azərbaycana uduzan təcavüzkar ölkə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan bütün danışıqları pozaraq mövcud status-kvonun saxlanması üçün istənilən təxribata əl atır.

    Azərbaycan Silahlı Qüvvələrinin müqayisəolunmaz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması növbəti dəfə də öz təsdiqini tapdı. Bu hadisə Azərbaycanın 2016-cı ilin aprelində qazandığı qələbənin təsadüfi olmadığını göstərdi.

    Tovuz döyüşlərində Azərbaycan Ordusunun bir daha üstünlüyünü diqqətə çəkən Prezident İlham Əliyev deyib: «Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə — 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı”.

    Türkiyə Prezidentinin, Xarici İşlər və Müdafiə nazirlərinin açıqlamalarında Azərbaycanın tək olmadığı, Türkiyənin sona qədər ölkəmizə dəstək verəcəyini bəyan etməsi və keçirilən birgə hərbi əməliyyatlar Ermənistanı qorxuya salıb.

    Bütün bünlar Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dərin narahatlıqla izlənilir. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyanın Gəncəni vutmaqla hədələməsi də düşmənin məğlubiyyətdən doğan təlaş və həyəcan içərisində olduğunu göstərir. Döyüşdən sonra təhdidedici bəyanatlar səsləndirmək məğlubiyyətin etirafıdır.

    Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olmuşuq.

    Hər bir daxili uğursuzluğu, Azərbaycanın isə güclənməsi Ermənistanı yeni təxribatlara əl atmağa vadar edir. Tovuz döyüşlərindəki məğlubiyyətdən sonra da düşməndən nə desən gözləmək olar. Yaşayış evlərini atəşə tutması, mülki vətəndaşları, hətta körpə və uşaqları qətlə yetirməsi göstərir ki, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətində həm də terror dayanır.

    Cənab İlham Əliyevin söylədiyi kimi, erməni xalqı indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına nə qədər göz yumacaqsa, bir o qədər də cinayətkarların girovu kimi yaşamaq məcburiyyətində qalacaqdır.

    İşğal olunmuş ərazilərimizin azad ediləcəyi gün yaxındadır. İstər döyüş, istərsə siyasət meydanında baş verən hər bir hadisə bizi həmin günə yaxınlaşdırır.

    Şəlalə CƏFƏROVA,

    Nizami rayon Qeydiyyat Şöbəsinin rəisi

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:11

İsmarıclar bağlıdır.