Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Сен

    “Şəhid General-mayor​ Polad Həşimov”un xatirəsinə həsr olunmuş həvəskarlar arasında keçirilən mini-futbol üzrə Gəncə şəhər çempionatının final mərhələsi baş tutub. Finalda​ 1-ci və 2-ci yerlər​ üçün «Acces Bank» QSC-nin Gəncə filialının və​ «Turan Bank» ASC-nin Gəncə filialının​ komandaları,3-cü və 4-cü yerlər üçün isə​»Bank Respublika» ASC-nin Gəncə filialının və​ «Rabitə Bank» ASC-nin Gəncə filialının komandaları mübarizə aparıblar.

    I yeri «Acces Bank» QSC-nin Gəncə filialının komandası, II yeri «Turan Bank» ASC-nin Gəncə filialının komandası, III yeri isə «Bank Respublika» ASC-nin Gəncə filialının komandası tutub. Sonda qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən​ ​ kubok, diplom və hədiyələrlə mükafatlandırılıblar.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilməsini nəzərə alaraq, idman yarışı təlimatlara uyğun tamaşaçısız, sanitar və gigiyenik şərtlərə riayət edilməklə keçirilmişdir.. Tədbirlə bağlı Fotoşəkilləri əlavə edirik. Bizim tədbirləri mətbuatda işıqlandırdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:20

İsmarıclar bağlıdır.