Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Сен

    Hər bir müasir dövlətin idarəçilik sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amil olan şəffaflığın və hesabatlılığın artırılmasına Azərbaycanda daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm nəticələr əldə olunub. Eyni zamanda, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində daha geniş ictimai nəzarətin təmin olunması, iştirakçılığın artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri də davam etdirilməkdədir.

    Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

    Onun sözlərinə görə, idarəçilikdə şəffaflığın və operativliyin möhkəmləndirilməsi, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması daim əsas prioritet vəzifə hesab edilməlidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu idarəçilik islahatları fonunda vətəndaş-məmur münasibətləri sahəsində də bir çox irəliləyişlərə nail olunub. Düşünürəm ki, Gəncənin Nizami və Kəpəz inzibati ərazi bölgüsünün ləğv edilməsi bu şəhərdə idarəçilikdə keyfiyyətini daha da yüksəldəcək. Vahid idarəçiliklə vətəndaşlara xidmət daha da səmərəli və nəticəli olacaq. Çünki hazırkı vəziyyətdə insanlar bir sıra problemlərlə üzləşirlər. Məsələn hər hansı bir şəxs bəzən sənədlərini düzəltmək, işə qəbul olmaq və s. səbəblərə görə çaş-baş qalır, haraya müracət edəcəyini bilmir. Ancaq sözügedən rayon bölgüsü ləğv edilsə, vətəndaşlar həm vaxtına qənaət edər, həm də vahid bir yerə müraciət edəcəyini öyrənmiş olarlar. İdarəçilikdə bu cür addımların atılması birbaşa vətəndaşların rahatlığına yönəlib”.

    Deputat qeyd edib ki, vahid mərkəzdən idarəçilik çoxmərtəbəli idarəetmə sistemini tamamilə aradan qaldıracaq və vətəndaşlarda məmnunluq yaradacaq. “Gəncə sakinlərinin də bu bölgünün ləğv edilməsindən razı qalacaqlarına əminəm. Bununla biz vətəndaş razılığını daha çox təmin edəcəyik”, — deyə o vurğulayıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:12

İsmarıclar bağlıdır.