Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Сен

    Bakıda 1000, Sumqayıt və Gəncədə 100-dən çox könüllüdən seroloji test nümunəsi götürülüb. Ölkəmizdə ilk dəfə olaraq Bakıda keçirilən seroloji testlər yekunlaşmaq üzrədir. Güman edirik ki, bu həftə testlər başa çatacaq və onun ilkin nəticələri barədə məlumat verə biləcəyik.

    Bu barədətibb üzrə fəlsəfə doktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun dediyinə görə, artıq təsadüfi seçilmiş 1000-dən artıq könüllü test edilib və onların qan zərdabında virus əleyhinə anticisimlərin yaranıb-yaranmadığı aşkar ediləcək.

    İşçi qrupunun rəhbəri seroloji testlərin proqnostik əhəmiyyət daşıdığını və hazırda əhalinin neçə faizinin yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirməsini öyrənməyə imkan verəcək: “Seroloji testlər nəticəsində əhalinin yarıdan çoxunda anticisimlərin yaranmasının aşkar edilməsi karantin rejimində məhdudiyyətlərin ləğv olunması üçün əsas verəcək. Nümunə götürülənlərin az qismində anticisimlərin aşkar edilməsi karantin rejimində sərtləşdirməyə ehtiyac olduğunu ortaya çıxaracaq. Nəticələr haqqında yəqin ki, gələn həftə danışmaq mümkün olacaq”.

    Bu həftə Gəncə və Sumqayıt şəhərlərində də seroloji testlərin aparılmasına başlanılıb və hər iki şəhərdə təsadüfi seçilmiş könüllülərdən 100-ə yaxın nümunə alınıb. Şəhər sakinləri testlərin aparılmasını anlayışla qarşılayır və COVID-19 infeksiyası ilə mübarizədə onun oynadığı həlledici əhəmiyyəti nəzərə alaraq skrininqlərdən həvəslə keçirlər.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:44

İsmarıclar bağlıdır.