Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,572
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Сен

    Prezident İlham Əliyev: “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”. Qədimdən neft diyarı kimi tanınan Azərbaycan quruda və kontinental şelfdə neft və qaz kimi təbii sərvətlərə, neftin hasilatı və emalı sahəsində zəngin tarixə malikdir. Müasir mərhələdə respublika iqtisadiyyatının inkişafı Xəzər dənizinin və Abşeron yarımadasının zəngin karbohidrogen ehtiyatlarının uğurla işlənilməsi ilə qırılmaz surətdə bağlıdır. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında neft amili həlledici rol oynayır. Nefdən əldə edilən gəlirlə ölkədə yeni infrastruktur yaradılır, qlobal layihələr reallaşdırılır, qeyri-neft sektoru inkişaf etdirilərək iqtisadiyyat şaxələndirilir.

    Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanılıb. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılan quyudan vuran neft fontanı Azərbaycanda «qara qızılın» sənaye üsulu ilə çıxarılmasının əsasını qoyub. XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanıb. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirib. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilib, xalqın, millətin rifahı üçün böyük işlər görüblər. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynayıb. Bununla belə, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.

    Prezident İlham Əliyev: “Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. O vaxt əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrdən birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton. Yəni, cəmi bir-iki il ərzində neft hasilatı təqribən iki dəfədən çox artırıldı. O vaxt müasir texnologiyalar yox idi, bu artım daha çox insan əməyinin istismarı nəticəsində baş verirdi. Yəni, o vaxt Azərbaycan nefti istismar edilirdi”.

    Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. 1994-cü il sentyabrın 20-də Bakıda «Gülüstan» sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq «Əsrin müqaviləsi» adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan bütün sərvətlərinin xalqa məxsus olduğunu, xalqın öz sərvətlərindən sərbəst şəkildə istifadə edə bildiyini sübut etdi.

    Bu uğurun əldə olunmasında sözsüz ki, neftçilərin də çox böyük əməyi var. Azərbaycanda neftçi peşəsi zəhmətin, fədakarlığın və tərəqqini təcəssüm etdirir.

    Prezident İlham Əliyev: “Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Bu gün neftçilər də görürlər ki, onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, bu gün və bundan sonra ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir. Belə olan halda, bu, onları daha da ruhlandırır.

    Bu gün artıq Azərbaycan neft ölkəsindən qaz ölkəsinə keçid alır. “Abşeron” neft-qaz yatağının istismarı bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.

    Prezident İlham Əliyev: “Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq. Eyni zamanda, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat — bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, “Azəri-Çıraq-Günəşli”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü “Abşeron” yatağı bir qədər kompensasiya edəcək. Ona görə bu, növbəti böyük hadisədir”.

    Bu gün ölkə rəhbərinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə edilir. Bir sözlə Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:48

İsmarıclar bağlıdır.