Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,467
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Сен

    Gəncə Dövlət Dram Teatrında 126-cı mövsümün açılışı olub. Mövsümün açılışı teatrının ikinci səhnəsi olan Nizami Poeziya teatrında açıq havada baş tutub. Tamaşaçısız açılan mövsüm yerli yazar Xəzangül Hüseynovanın “Xərabət gözəli” əsəri ilə başlayıb.

    Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki,Poeziya teatrı 1979-cu ildən ictimai əsaslarla fəaliyyətə başlayıb. 90-cı illərdən dövlət statusu alıb. O dövrdən indiyə kimi Nizami Gəncəvi irsinin təbliğ üçün səhnə teatrı olub. 2008-ci ildə isə teatrlar arasında gedən reforma ilə bağlı Poeziya teatrı da Gəncə Dövlət Dram Teatrının balansına verilib. Teatrın ikinci səhnəsi kimi mütamadi olaraq fəaliyyət göstərir. İldə bir tamaşanın burda oynanılması nəzərdə tutulub.

    “Facebook” sosial şəbəkəsi üzərindən onlayn yayımlanan tamaşada Azərbayacanın qadın şairəsi, 900 il bundan əvvəl yaşayıb-yaradan Məhsəti Gəncəvidən bəhs olunur. Gəncənin tarixi, o dövrün problemlərinin müasir zamanla əlaqələndirilməsi tamaşada yer alır. Quruluşçu rejisoru Elşad Əhmədov olan səhnə əsərinin rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Tünzalə Mustafayevaya məxsusdur. 

    Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov deyir ki, səhnə əsəri qapalı məkandan açıq səma altına adaptasiya olunub. Bunun da öz çətinlikləri var. Həm texniki həm də yaradıcı insanların bu abu-havaya alışması çətin oldu, lakin alındı.

    Tamaşada Günay Cabbarova, Ruslan Həsənov, Emin Salmanov, Sevinc Hüseynova, Könül Kazımova və digər gənc aktyorlar səhnəyə çıxıb. Xranometrajı 1 saat 15 dəqiqə olan  “Xərabət gözəli” ilk dəfədir Nizami Poeziya teatrının səhnəsində nümayiş olunub.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:34

İsmarıclar bağlıdır.