Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Mayami şəhərində icazəli etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını kəskin şəkildə pisləyiblər. Florida Azərbaycan İcmasının da iştirakı ilə baş tutan aksiyada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə, Gürcüstan və İsrailin bayraqları dalğalanıb.
Qeyd edək ki, aksiya zamanı dalğalandırılan üçrəngli bayrağımızı ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlı qadınlar öz əlləri ilə tikib.