Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Окт
    G72A6328

    Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Gəncəyə səfər edib. Səfir Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış yaşayış yerlərini ziyarət edib, buradakı vəziyyətlə yerində tanış olub.

    Səfirə məlumat verilib ki, Ermənistan Silahlı Qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla 15 nəfər həlak olub, 55 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Diplomat həlak olan və yaralanan ailələrin yaxınları ilə də görüşüb.

    «Gəncə və Belorus arasında hər zaman sıx münasibətlər olub. Raket zərbələrinin endirildiyi yerdə gördüklərim məni çox sarsıtdı. Dinc, yatmış şəhərə raketlərin atılması yolverilməzdir. Mən müharibənin yazılmamış qanunlarına riayət etməyə və yaşayış məntəqələrini atəşə tutmaqdan yayınmağa çağırış edirəm. Dağlıq Qarabağ münaqişəsi BTM Təhlükəsizlik Şurasının qətnamələri əsasında sül yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivsində həll edilməlidir», — deyə Gennadi Axramoviç bildirib.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:25

İsmarıclar bağlıdır.