Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 29Окт

    E50926f1 8411 37a6 A4b9 12eef3b64c22 850“Eurovision” mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. “Say Hallelujah” mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi yutub kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

    Klipdə “Report” İnformasiya Agentliyinin hadisə yerində lentə aldığı kadrlar da yer alıb.

    Müğənni Elnur Hüseynov hisslərini bölüşüb:

    «Oktyabrın 4, 11 və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub! Həlak olanlar arasında 10 qadın və 6 uşaq var! Daha 138 nəfər yaralanıb! İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi».

    Rejissor Ülviyyə Könül bildirib ki, bu klipin ərsəyə gəlməsində məqsəd həqiqəti bəşəriyyətə çatdırmaqdır: «Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil».

    Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

    Mahnının sözləri Cəlal Qurbanovundır. Misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

    «Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır! Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa, unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır».

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:42

İsmarıclar bağlıdır.