Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 29Окт

    Gence Usaq Evi 281020 1Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

    Ombudsman Aparatından Trend-ə bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

    Başçəkmə çərçivəsində müəssisənin yataqxanalarına, mətbəxinə, ərzaq anbarına, hamamına və digər otaqlarına baxış keçirilib, tibbi yardımın təşkili, qidalanma və təminatla bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

    Müəssisə rəhbərliyinə uşaq hüquqlarının effektiv təmini məqsədilə müəssisə əməkdaşlarının və uşaqların hüquqi bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib.

    Başçəkmənin yekununda,Müvəkkil tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq,burada yaşayan uşaqlarla Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunmuş sosial məsafə ilə bağlı tələblərə əməl olunmaqla maarifləndirici görüş keçirilib.

    MPQ üzvləri uşaq hüquqları ilə əlaqəli müxtəlif mövzularda, o cümlədən insan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının müdafiəsi mexanizmləri,BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası, Ombudsmana müraciət formaları barədə ətraflı məlumat verib. Müvəkkilin fəaliyyətində uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyi, hüquq pozuntularının vaxtında müəyyən edilərək araşdırılması üçün təsisatda 24 saat fəaliyyət göstərən 012 916 nömrəli Çağrı Mərkəzinin yaradıldığı da diqqətə çatdırılıb.

    COVID-19 pandemiyasına qarşı mübarizədə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi uşaqların diqqətinə çatdırılıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:44

İsmarıclar bağlıdır.