Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 29Окт

    E82b2aa7 213b 31e1 86fb A066149f2e9c 850Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərində Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının Türk Evinin önündə yaradılmış xatirə guşəsini ziyarət edib.

    Tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyub və terror qurbanlarının guşədə qoyulmuş şəkilləri önünə gül dəstələri düzüblər.

    İştirakçılar Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni dəstəklədiklərini qeyd edərək işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhədən uzaq Gəncə şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, mülki insanları hədəfə almasını kəskin şəkildə pisləyiblər.

    Səbuhi Hacıyev

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:46

İsmarıclar bağlıdır.