Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Ноя
    4857fff9 Musfiq Ceferov

    “27 sentyabrdan başlayaraq Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə yanaşı ekoloji təcavüz də aparır”. Bunu Millət Vəkili Müşfiq Cəfərov bildirib. O, qeyd edib ki, beynəlxalq hüququn müvafiq müddəaları və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə baxmayaraq işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətlərii istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirib.

    “30  ilə yaxındır ki, işğala məruz qalan Azərbaycan ərazilərindəki meşələrdə və quru otlaq sahələrində yanğınların baş verməsi də adi hala çevrilib. Yanğınlar adətən odlu silahlardan açılan atəş və minaların partlayışı nəticəsində baş verir.

    Yanğınlara nəzarət edilmədiyindən nəinki Azərbaycanın, hətta bütün Qafqazın təbii mühitinə, meşə təsərrüfatına, bitki və heyvanlar aləminə böyük ziyan dəyib. Həmçinin 29 oktyabr  döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Lakin 2 günə yaxın müddətdir ki, yanğın davam edir. 20 hektara yaxın ərazi yanaraq məhv olub”, — deyə Müşfiq Cəfərov qeyd edib.

    Deputat vurğulayıb ki, Ermənistanın bu əməlinə heç bir qanunla, heç bir beynəlxalq hüquqla haqq qazandırıla bilməz: “Ermənilər gec-tez işğal etdikləri  Azərbaycan torpaqlarından çıxarılacaqlarını yaxşı bildiklərindən ətraf mühitə, infrastuktura və sivil insanlarımıza bacardıqca ziyan vurmağa çalışırlar. 31 oktyabr Şuşa meşələrində başlayan yanğınlar da bu niyyətin bariz nümunəsidir. Faktiki olaraq  Ermənistan  silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidir. Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması üçün xüsusi beynəlxalq konvensiyalar qəbul olunub. Lakin Ermənistan bu və digər beynəlxalq səviyyədə qəbul olunmuş öhdəliklərə əməl etmədiyi kimi bu sənədlərə də riayət etmir. Mən Milli Məclisin deputatı olaraq Azərbaycan xalqı adından BMT, AŞ, ATƏT və bütün beynəlxalq səviyyəli təşkilatlara müraciət edərək Ermənistanın ekoloji terroruna qarşı qəti mövqe sərgiləmələrini gözləyirəm”.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:00

İsmarıclar bağlıdır.