Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Ноя

    G72A7105Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren Gəncəyə səfər edib. Onu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müşayət edib. Səfər cəbhə zonasından xeyli kənarda yerləşən Gəncədə erməni terrorunun izləri ilə tanışlıq məqsədi daşıyıb.

    Qonaqlar Ermənistanın Gəncəni raket atəşinə tutması səsbilə dağılan və zərər görən ərazilərə baş çəkib, Erməni terrorunun ağır nəticələri ilə yerində tanış olublar.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncə 5 dəfə — oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan tərəfindən məqsədli şəkildə raket atəşə tutulub. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, 26 dinc sakin həlak olub, 125 nəfər yaralanıb. Xeyli sayda ev tamamilə dağılıb, 100-lərlə obyektə, o cümlədən tarixi abidələrə, dini məbədlərə və təhsil ocaqlarına ciddi ziyan dəyib.

    İşğalçı Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

    Hadisə yerinlərində olan qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.

     

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:43

İsmarıclar bağlıdır.