Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncənin küçə və prospektləri ilə yanaşı çoxmənzilli binalarda da dezinfeksiya işləri davam etdirilir. Gündəlik olaraq həyata keçirirlən dezinfeksiya işləri Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin işçiləri tərəfindən aparılır.
Dezinfeksiya işləri əsasən insanların gediş-gəlişinin çox olduğu yerlərdə, çoxmərtəbəli binaların girişləri, blok və liftlərində aparılır. Qeyd olunan yerlərə xüsusi dezinfeksiyaedici məhlull çilənir.
İşlər şəhərin qəsəbələri də əhatə edir.
Gündəlik həyata keçirirlən dezinfeksiya işləri qrafikə uyğun olaraq bundan sonra da davam etdiriləcək.
Yeganə Qurbanova