Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 09Ноя

    Pərvin KərimzadəBütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən, 180-dən çox dövlətinin bayraqları ilə bir sırada dalğalan Azərbaycan bayrağı bu gün müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində əzəmətlə dalğalanır.

    Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, uğrunda qan tökülən, can verilən, mübarizə aparılan, silahdan da kəsərli olan üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin ilk qələbə müjdəsinə, milli kimliyimizin ən böyük tərənnümçüsünə çevrilib.

    Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi «Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir». Azərbaycan bayrağını müqəddəsləşdirən amallar həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.

    Düşmənə göz dağına çevrilən Lələtəpədə qədəmləri sayalı olan bayraqlarımız durna qatarı kimi sıralanaraq 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlaraımıza sarı qanadlandı. Sentyabr ayının 27-dən başlayaraq üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirdi. Ölkə Prezidentimizin sözləri ilə desək bayrağımız mübarizə əzmimizin, zəfər sorağımızın istiqlaliyyət salnaməmizin ilk müjdəcisi odu, bizi Vətən uğrunda müqəddəs döyüşlərə səslədi.

    Özünütəsdiq simvolu sayılan bayrağımız qalibiyyət rəmzi kimi Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Hadrutda, Xudafərin körpüsünün üstündə, respublikamızın İran İslam Respublikası ilə həmsərhəd zastavalarında qürurla dalğalandırıldı. Dünən – 8 noyabrda dövlət rəhbərimiz Şəhidlər Xiyabanında xalqa müraciət edərək, Qarabağın döyünən ürəyi Şuşa şəhəri işğaldan azad edildiyi müjdəsini verdi, 28 illik həsrətə son qoydu: «Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada — Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq».

    “Şuşasız bizim işimiz yarımçıq qalar”, deyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə sadiq qaldı, Bayraq Günü ərəfəsində 28 il 6 ay işğalda qalan, xalqımızın mədəniyyət, ədəbiyyat beşiyinin, qədim tarixi şəhərində-Şuşada üçrəgli bayrağımızı dalğalandırdı, həm siyasi, həm hərbi, həm də diplomatik səhnədə böyük məğlubiyyətə uğratdığı azğın düşmənə bir daha yerini göstərdi.

    Sentyabrın 27-dən bu günədək işğal altında olan 218 kənd və qəsəbənin, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhərlərinin, dünən isə Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi müdrik və qətiyyətli lideri, Ali Baş Komandanı olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının böyük qələbəsinin nümayişi oldu.
    Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağının həsrətlə əsl sahiblərini gözləyən işğal altında qalan torpaqlarımızda dalğalanacağı gün isə uzaqda deyil. Artıq əsgərlərimizin ayaq səsləri bütövlükdə Qarabağda, Xankəndinin, Xocalının, Laçının, Kəlbəcərin yaxınlığından eşidilir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:04

İsmarıclar bağlıdır.