Bu gün Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azd edildiyini elan edib. Prezident İlham Əliyevin çıxışı Gəncə şəhərinin Heydər Əliyev adın meydanında quraşdırılan monitor vasitəsilə də yayımlanıb. 28 ildir bu şad xəbəri gözləyən Gəncə sakinləri küçəyə çıxıblar.
Onlar əllərində Azərbaycan bayrağı, böyük ruh yüksəkliyi və coşqu ilə azadlıq xəbərini qeyd ediblər. Həmçinin, Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə şəhərdə avtomobil yürüşü də keçirilib.
QARABAĞ AZƏRBAYCANDIR!
Fərruxə Umarova