Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 13Ноя

    Naqif HəmzəyevÇox təəssüflər olsun ki, əldə olunmuş qələbəmizə kölgə salmaq istəyən və müəyyən dərəcədə fərqli fikirlər söyləyərək insanlar arasındakı yaranmış birliyi pozmaq istəyən qüvvələr var. Bunu açıqlamasında deputat Naqif Həmzəyev sosial şəbəkələrdə Azərbaycan xalqının milli ruhunu, birliyini, sevincini zəiflətmək istəyən insanlardan danışarkən deyib.

    “Biz unutmamalıyıq ki, Azərbaycan ordusu 44 günün içində Qarabağ ərazisinin böyük bir qismini işğaldan azad etdi. Bütün dünyaya, düşmənə Azərbaycan ordusunun gücünü göstərdi. Ölkə prezidenti həmişə düşmən tərəfinin konkret qrafik üzrə torpaqlarımızı verəcəyi ilə bağlı təklifi qəbul etdiyi təqdirdə, bizim onlarla razılaşa biləcəyimizi demişdi.

    Göründüyü kimi, düşmən tərəfi nəhayət ki, heç cürə Azərbaycan ordusunun qarşısını kəsə bilməyəcəyini anladı. Onlar bildilər ki, torpaqlar Azərbaycana məxsusdur və qaytarılmalıdır. Çox sevindiricidir ki, digər rayonlar, Laçın, Kəlbəcər, Ağdamın işğaldan azad olunması üçün bizim döyüşməyə ehtiyacımız qalmayacaq, Ermənistan tərəfi torpaqlarımızı müəyyən edilmiş qrafikə uyğun olaraq geri qaytaracaq.

    Burada rus ordusundan deyil, yalnız 1960 nəfər rus sülhməramlı əsgərindən söhbət gedir. Onlar regionda yalnız 5 il müddətində sülhü təmin edəcək, yüngül texnika, silahlardan istifadə edəcəklər. Unutmamalıyıq ki, rus sülhməramlıları ilə yanaşı həmçinin türk ordusu da məsələdə yaxından iştirak edəcək. Türk ordusu regionda olduqdan sonra bizim nədənsə narahat olmağımıza zərrə qədər ehtiyac yoxdur”.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:15

İsmarıclar bağlıdır.