Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 13Ноя

     (İlham Heydər oğluna)

    Yaradan bəxş etdi bizə İlhamı,

    Onunla fəxr edir vətəndə hamı.

    Mən onda görürəm azad dünyamı,

    Çünki o, andına sədaqətlidi.

     

    O deyir yumruğu bir yerə vuraq,

    Ana yurdumuzu edək çilçıraq.

    Çalışaq hər zaman ayaqda duraq,

    O əsl rəhbərdi, dəyanətlidi.

    Ləyaqətlə təmsil edib yurdunu.

    Döyüşə səslədi Milli ordunu.

    Tarixə yazdırdı bu gün adını,

    Böyük sərkərdədi, rəşadətlidi.

     

    Rəhbər tək ağıllı, həm də mətindir,

    Onun yaratdığı işlər çətindir.

    Onun hər uğuru biz millətindir,

    O, sözündə hər vaxt qətiyyətlidi.

     

    O bir şəxsiyyətdir, yoxdur qiyməti,

    Xalqına məlhəmdi sözü-söhbəti.

    Onu yaşadacaq el məhəbbəti,

    O bir xəzinədir, çox qeyrətlidir.

     

    İzayam, hər zaman var ol deyirəm,

    Onun qarşısında mən baş əyirəm.

    Xeyir-dua edib can söyləyirəm,

    O mənim gözümdə çox hörmətlidi.

    12.10.2020.

    AZƏRBAYCAN

    Yaradandan güc almısan,

    Zirvələrə ucalmısan.

    Düşməninə dərd olmusan,

    Azərbaycan, Azərbaycan.

     

    Sən Qafqazın sağ gözüsən,

    Üzü nurlu gündüzüsən.

    Sən cənnətin lap özüsən,

    Azərbaycan, Azərbaycan.

     

    Bu millətin gərəyisən,

    Döyünən saf ürəyisən.

    Sərvətisən, çörəyisən,

    Azərbaycan, Azərbaycan.

     

    Alqış deyək xoş halına,

    Yaraşıqlı sahmanına.

    Allah çatsın hey dadına,

    Azərbaycan, Azərbaycan.

     

    Bu dünyada öz yerin var,

    İlham kimi rəhbərin var.

    Qarşıda xoş günlərin var,

    Azərbaycan, Azərbaycan.

     

    İrza səndən ilham alıb,

    Qələmini işə salıb.

    Camalına heyran olub,

    Azərbaycan, Azərbaycan.

     

    Azərbaycan, Azərbaycan,

    Ana yurdum Azərbaycan.

    Səni hər an qoruyacaq,

    Şanlı ordum, Azərbaycan.

    ŞƏHİDLƏR

    Sizin qarşınızda biz baş əyirik,

    Vətən üçün candan keçən şəhidlər.

    Allahdan sizlərə rəhmət deyirik,

    Həyatdan çox vaxtsız köçən şəhidlər.

     

    Sizsiniz qüruru bizim bu elin,

    Sizsiniz sahibi yaxşı əməlin.

    Cənnətdir yeriniz rahat dincəlin,

    Tanrı dərgahına uçan şəhidlər.

     

    Ölməz şəhidsiniz siz bu savaşda,

    Sizlərdən danışır torpaq da, daş da.

    Adınız anılır həmişə başda,

    Mətinlik yolunu seçən şəhidlər.

     

    Afərin sizləri doğan anaya,

    Sizə zəhmət çəkən hər bir ataya.

    Xalqımız düşməsin bir də xətaya,

    Yağının qanını içən şəhidlər.

     

    Tezliklə ordumuz qələbə çalar,

    Qarabağ düşməndən tam azad olar.

    İrza da Vətənə baxıb zövq alar,

    Yurduma nur kimi saçan şəhidlər.

    09.10.2020.

     MİLLİ ƏSGƏRİM

    Döyüşdə qələbə yaraşır sizə,

    Çox şükür, bu günü yaşatdız bizə.

    Allahım qorusun, gəlməyin gözə,

    Xalqımın qüruru milli əsgərim.

     

    Savaşda ölümdən qorxunu silin,

    Şəhidlik zirvəsi ucadır, bilin.

    Arzumdur zəfərdən salamat gəlin,

    Xalqımın qüruru milli əsgərim.

     

    Şuşada ucalsın bayraqlarımız,

    Zülmətdən qurtulsun oylaqlarımız.

    Laləzara dönsün yaylaqlarımız,

    Xalqımın qüruru milli əsgərim.

     

    Düşmənin bağrını ovub didərik,

    Doğma Qarabağa qaçıb gedərik.

    İnşallah, Şuşada bayram edərik,

    Xalqımın qüruru milli əsgərim.

     

    Vətəni qoruyaq göz bəbəyi tək,

    O bizə hər zaman olacaq gərək.

    Onu uca tutaq, qədrini bilək,

    Xalqımın qüruru milli əsgərim.

     

    İrzayam, sevincdən yaşardı gözüm,

    Mərd oğul-qızlara budur son sözüm.

    Vətənə, sizlərə qurbanam özüm,

    Xalqımın qüruru milli əsgərim.

     

    Millətə ruh verən rəhbər sağ olsun,

    Həmişə hər yerdə üzü ağ olsun.

    Bu cəza düşmənə böyük dağ olsun,

    Xalqımın qüruru milli əsgərim.

    İrza VÜQARLI

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:27

İsmarıclar bağlıdır.