Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,572
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Ноя

    125778234 405295880836577 4800389652858285346 NGəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirləri davam etdirir. Belə ki, şəhərdə mütəmadi olaraq dezinfeksiya və maarifləndirmə işləri həyata keçirilir.

    Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən aparılan işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da cəlb olunurlar. Şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulur.

    Tibbi-profilaktiki tədbirlər qəsəbə və yaşayış massivlərində, park və meydanlarda, məhəllələrdə, çoxmənzilli binalar və digər ərazilərdə də aparılır. Tibbi-profilaktiki tədbirlərlə yanaşı Gəncə Şəhər İcra Hakimiyyəti yanında yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları reyd və maarifləndirmə işlərini də davam etdirirlər. Onlar şəhərdə fəaliyyət göstərən market, mağaza və geyim dükanlarında olur, satıcı və alıcılarla maarifləndirici söhbətlər aparır, müəyyən olunmuş qaydalara əməl edilməsinin önəmi bir daha xatırladırlar. Sakinlərə sosial məsafə saxlamaq, tibbi maska, əlçək və sprit kimi, qoruyucu vasitələrdən istifadə etmək tövsiyyə olunur.

    Qeyd edək ki, Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:55

İsmarıclar bağlıdır.