Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,572
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 19Ноя

    G72A0882Bu gün 11 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində hər iki valideynini itirən Nilay Əliyevanın doğum günüdür. Onun 2 yaşı tamam olur. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Nilayın yaşadığı ünvanda olub, onu ad günü münasibətilə təbrik ediblər.

    Bu gün 11 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Gəncəni  raket atəşinə tutması nəticəsində hər iki valideynini itirən Nilay Əliyevanın doğum günüdür. Onun 2 yaşı tamam olur. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Nilayın yaşadığı ünvanda olub, onu ad günü münasibətilə təbrik ediblər.

    Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini Səməd Tomuyev balaca Nilaya şəhər rəhbəri Niyazi Bayramovun təbriklərini çatdırıb, ona doğum günü hədiyyələrini təqdim edib. Nilaya uzun, mənalı və sağlıqlı ömür arzulayan Səməd Tomuyev bildirib ki, erməni təcavüzü nəticəsində valideynlərini itirmiş uşaq və yeniyetmələr dövlətin diqqət və qayğısı ilə əhatə olunublar və daim bu dəstəyi öz üzərlərində hiss edəcəklər.

    Şəhər rəsmiləri II Qarabağ Müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Cavadov Canlar Aqil oğlunun ailəsinə də baş çəkiblər. Səməd Tomuyev ailənin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olub. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan gəncəli iş adamının dəstəyi ilə ailənin yaşadığı ev təmir edilib. Ailə üzvləri ilə söhbət edən rəsmilər, onların problemləri ilə də maraqlanıb, şəhidin övladlarına hədiyyələr təqdim ediblər. Qeyd edək ki, Cavadov Canlar Aqil oğlu özündən sonra 5 övlad yadigar qoyub.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:20

İsmarıclar bağlıdır.