Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Дек

    +IMG 20201215 WA0075Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Gəncəyə səfər edib. Rusiyalı qonaq Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Maksim Şevçenkoya erməni terroru və onun nəticələri barədə məlumat verib. O bildirib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-si tarixlərində Ermənistan tərəfindən bir neçə dəfə atəşə tutulub.

    Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, 25-ə yaxın fərdi yaşayış evi və 10 yaşayış binası tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.

    “Mənim fikirlərim Rusiyada çox sayda insanın rəsmi KİV-də heç vaxt əksini tapmayan fikirlərdir. İnanın ki, rus xalqının, Rusiyada yaşayan başqa xalqların böyük əksəriyyəti həmişə sizin tərəfinizdə olub. Çünki biz haqq-ədalətin tərəfindəyik. Telekanalların səsi heç də Rusiyanın səsi demək deyil, bunu unutmayın”. Bu fikirləri rusiyalı politoloq, jurnalist, ictimai xadim Maksim Şevçenko dilə gətirib.

    O, gecə yarısı yuxuda olan dinc şəhərə Ermənistanın raket hücumunu terrorçuluq olaraq dəyərləndirib: “Burada və ətraflarda heç bir hərbi infrastruktur da yoxdur, guya hədəfə aldıqları hava limanı isə şəhərdən uzaqdadır. Burada yalnız mülki sakinlərin öldürülməsi, vahiməyə salınması var. Lakin onlar tamamilə başqa nəticəyə nail oldular. Azərbaycan xalqı, onsuz da, doğma torpaqlarını qaytarmağa can atırdı, indi Şuşanı da, başqa torpaqları da azad edənlər həm də burada terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların da qisasını alıblar”.

    Rusiyalı jurnalist Azərbaycanın qələbəsini həm də dünyada haqq-ədalətin qələbəsi kimi səciyyələndirib: “Dünyada haqsızlıq saysız-hesabsızdır. İmperializm sərhədləri dəyişdirmək, iqtisadi dividendlər əldə etmək üçün insanların üstünə raket və bombalar atmağı, onları öldürməyi rəva görür. Siz isə insanın, insan həmrəyliyinin, cəsarətinin daha güclü olduğunu sübut etdiniz. Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verirəm. Və həmin o silahların Rusiya tərəfindən verilməsinə görə çox heyfslənirəm. Cənubi Qafqazın sülh diyarı olmasına çalışacağıq. Bunu dinc yolla etmək istərdik, amma görünür ki, müharibəsiz mümkün olmur. Ümidvaram ki, o raketlərin buraxıldığı yerdə olanlar özünə gələrlər, nə etdiklərini, öz ölkələrini, xalqı, bütün Qafqazı haraya sürüklədiklərini başa düşərək hönkürüb göz yaşı axıdarlar”, – deyən M.Şevçenko Qafqaza sülh və əmin-amanlıq arzuladığını vurğulayıb.

    Maksim Şevçenko erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

    Sevda ABBASOVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:54

İsmarıclar bağlıdır.