Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Дек

    “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovanın bacısı Əntiqə Sadıqova vəfat edib. Yaxınlarının dediyinə görə, olduqca qayğıkeş və xeyirsevər insan olan Əntiqə xanım daim: “Dünyanın yaxşılğa ehtiyacı var, dünya yaxşılıq həsrətindədir”, — deyərmiş.

    Əntiqə xanım 1938-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Orta məktəbi burada bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun psixologiya fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra uzun illər bağça müəllimi kimi fəaliyyət göstərib. Əntiqə xanımın Azərbaycan mətbuatında da bir çox metodik yazıları çap edilib.

    Əntiqə xanım erkən yaşlarından ayrıldığı Ağdamı dəlicəsinə sevərmiş. Ağdamı azad görməyi, ora getməyi çox düşünərmiş. Bu arzusu qismən də olsa reallaşdı. Gedə bilməsə də, Ağdamın erməni işğalından azad olunduğunu gördü.  

    Doğmaları deyirlər ki, hələ cavan yaşlarından sevdiklərinin qayğısına qalan, onları bütün vasitələrlə müdafiə edən Əntiqə xanım, sevgisini  ailə üzvlərinə çox ədalətli şəkildə paylaya bilirdi. Ailə üzvləri və onu sevənlər, hamısı bir fikirdədilər: Əntiqə xanım öz xeyirhah və qayğıkeş siması ilə onların qəlbində əbədi yaşayacaq.

    Əntiqə Sadıqovanın vəfatından dolayı kədərləndiyimizi bildirir, Rəfiqə Sadıqovaya və digər ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.

    Allah rəhmət eləsin!

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:55

İsmarıclar bağlıdır.