Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 12Янв
    Gəncədə karantin qaydalarına nəzarət gücləndirilib, qayda pozanlar məsuliyyətə cəlb edildi FOTO

    Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir.

    Şəhər icra hakimiyyətindən verilən məlumata görə, bu dəfə nəzarət qrupunun üzvləri şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqlarına, mədəniyyət, səhiyyə və digər müəssisələrə baş çəkiblər. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı müəssisə rəhbərləri ilə söhbətlər aparılıb. Onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl olunmasının vacibliyi xatırladılıb.

    Həmçinin, müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

    Əlavə olaraq qrup üzvləri gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarısında sakinlərlə söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırıblar.

    Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən sakinlər barəsində protokol tərtib edilib, bir neçə şəxsə isə şifahi xəbərdarlıq olunub.

    Xatırladaq ki, “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən keçirilən reydlər müntəzəm olaraq davam edir.

    Sevda Abbasova 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:55

İsmarıclar bağlıdır.