Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 15Фев
    Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfərinin əsaslarını ardıcıl və prinsipial siyasət, həssas diplomatiya, mütəşəkkil Ordunun şücaəti və xalqla prezidentin birliyi təşkil edir. Bu Qələbənin təməli ötən il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş panel müzakirədə qoyulub. Bu müzakirələr bir tərəfdən Azərbaycan həqiqətlərinin nümayişi idisə, digər tərəfdən Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsi idi.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç söyləyib.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfər çalmasının regiondakı vəziyyəti kökündən dəyişdiyini diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “Bir il əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri geniş ictimaiyyət qarşısında çıxış etdilər. Bu paneldə Prezident İlham Əliyev böyük siyasi məharəti, yüksək intellektual hazırlığı ilə Ermənistanın işğalçı dövlət olduğunu təcavüzkar ölkənin baş nazirinin etirafları əsasında bütün dünyaya nümayiş etdirdi”.

    Prezident İlham Əliyevin həmin müzakirələr zamanı dünya ictimaiyyətinə çatdırdığı tarixi faktların, dərin məntiqi mülahizələrin və siyasi mühakimələrin Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm rol oynadığını bildirən diplomat qeyd edib ki, “Qarabağ Azərbaycandır və nida” ifadəsi Azərbaycan xalqının milli mübarizə devizi oldu və yüzillər boyu öz hikmətini qoruyacaq zəfər şüarına çevrildi.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:48

İsmarıclar bağlıdır.