Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,685
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 15Фев

    16131976205080222965 1000x669Təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri ilə birgə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Gəncə və Tərtərdə ciddi ziyan dəymiş məktəblərdə olub.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici tərəfdaşlar Gəncə və Tərtərdə dağıdılmış binaların, Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.

    Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.

    Qeyd edək ki, xarici tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən müəllim və şagirdlərimizə sosial və psixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 17:13

İsmarıclar bağlıdır.