Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Мар

    W 1616120182354901451327 1000x669Türkiyə Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməklə yanaşı dünya miqyasında da güc mərkəzinə çevrilib. Dünyada müstəqil siyasət yürütməsi, bir sıra beynəlxalq əhəmiyyətli qərarların verilməsində özgür iradə nümayiş etdirməsi bu faktı təstiqləyən vacib amillərdəndir. Danılmaz faktdır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında apardığı siyasət qardaş ölkənin yüksək nüfuzunu daha da artırmış oldu.

    Hazırda Türkiyə əksər bölgələr, xüsusilə də Cənubi Qafqaz regionunda müsbət rol oynayır ki, bu da bölgənin sabitliyi üçün olduqca önəmlidir. Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da çox vacib amildir.

    Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində yerləşir. Yerləşdirmə nöqtəsi tərəflərin təmas xəttindən 8 kilometr, Xankəndidən düz xətt üzrə təxminən 30 kilometr, avtomobil yolu boyunca isə 41 km məsafədədir.

    Mərkəz tərəfindən atəşkəs rejiminə riayət olunmasına və razılığın pozulması barədə məlumatların toplanması, yoxlanması və ümumiləşdirilməsi həyata keçirilir. Nəzarət pilotsuz uçuş aparatları və digər texniki vasitələrdən istifadə edilməklə olunur.  

    Azərbaycanın Ağdam rayonunda yaradılmış bu mərkəzin fəaliyyəti, sadəcə Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminə əməl olunmasına nəzarətlə məhdudlaşmır, həm də regional sabitliyə əlavə zəmanət verir.

    Prezident İlham Əliyev: Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir.  Əziz qardaşım hörmətli Prezident ilk günlərdən çox dəqiq açıqlamalar vermişdir. Digər vəzifəli şəxslər — müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin sədri. Bütün bu açıqlamalar, bizə verilən siyasi və mənəvi dəstək həm bizi gücləndirdi, eyni zamanda, bir çoxları üçün çox ciddi mesaj oldu. Müharibədən sonra da Türkiyə çox müsbət münasibət göstərir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”.

    Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın işğalçı Ermənistanı sülhə məcbur etməsi baxımından, istərsə də digər regional məsələlər baxımından, qardaş Türkiyə dövləti aparıcı aktorlardan birinə çevrilib. Bu gerçəklikdən  əlbəttə ki, Azərbaycan da öz səmərəsini götürməkdədir. Çünki ortada daha bir reallıq – “Bir millət, iki dövlət” sarsılmaz, əbədi prinsipi dayanmaqdadır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:10

İsmarıclar bağlıdır.