Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Мар

    05Azərbaycan fərqli mədəniyyətlərin birləşdiyi ərazi olaraq, əsrlər boyu milli-mədəni baxımdan rəngarəng mühitin formalaşdığı, ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınıb. Ölkə əhalisinin əsas hissəsi azərbaycanlılardan və respublikasının müxtəlif ərazilərdə yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir.

    Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır.

    Ulu öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı,  dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər və Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat azərbaycanlılarla ermənilərin birgə yaşaması məsələsini də gündəmə gətirdi. Tarixə nəzər salsaq görərik ki, həm Azərbaycanda, həm Ermənistanda, həm də başqa ölkələrdə bu iki xalq uzun illər birgə yaşayıb. Günü bu gün də Azərbaycanda minlərlə erməni yaşayır.

    Prezident İlham Əliyev:“Misal üçün Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Onların arasında heç bir ixtilaf yoxdur. Rusiyada, Ukraynada, Avropada. Bizim mövqeyimiz bundan ibarətdir. Amma bu, birtərəfli məsələ deyil. Erməni xalqı da buna hazır olmalıdır. Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onların bu xəstəlikdən xilas olmaları üçün gərək daha böyük səylər göstərilsin”.

    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirib. Dövlət başçısı həmçinin bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasının hüquqi-siyasi təsdiqi və bölgədə yaranmış yeni reallığın təcəssümüdür. Bu sənəd həm də bölgədəki sülhün və təhlükəsizliyin zəmanətidir. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək və onlar da yaranan sülhün xeyrini görəcəklər. Unutmaq olmaz ki, birgəyaşayış prinsipi dayanaqlı inkişaf üçün əsas yaradır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 17:57

İsmarıclar bağlıdır.