Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Мар

    Qələbə Paradıİşğalçı Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə başa çatdı. Bu tarixi zəfər düşmən tapdağı altında olan ərazilərimizin azad edilməsi ilə yanaşı, 30 ilə yaxındır davam edən münaqişəyə də son qoydu. Azərbaycan bu nəticəni danışıqlar yox, hərb yolu ilə əldə etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək!

    Xalqın inamı ordunun əzmini daha da qüvvətləndirdi, Azərbaycan əsgəri misilsiz mərdlik, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi ordumuzun dözüm və peşəkarlığının göstəricidir.

    Sözsüz ki, vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə edilməsi mümkünsüz olardı. Bütün elementlərin düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – qələbəyə gətirib çıxardı. Əldə olunmuş böyük qələbədə bütün qoşun növlərinin öz payı var. XTQ, Daxili Qoşunlar, təhlükəsizlik və kəşviyyat xidmətləri, Naxçıvan ordusunun xüsusi qüvvələri və sair – onların hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Müharibənin gedişatında pilotsuz uçuş aparatlarının da rolu danılmazdır. İtkilərin minumuma endirilməsi ilə yanaşı bu aparatlar zərbə və kəşfiyyat, habelə  atəşin təshih edilməsi funksiyalarını da yerinə yetirirdilər.

    Bütün bu sadalananlarla yanaşı qələbənin əldə olunmasını təmin edən daha bir amil var: strateji planlaşdırma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, planlaşdırma düzgün olmasaydı bizim üçün çox çətin olardı: “Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir. Ona görə ki, döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər, amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah”.

    Bəli, Azərbaycan ordusu tarix yazdı, öz əzmi, şücaəti, qanı, canı ilə. Düşmən məğlub edildi, işğalçı Ermənistan ordusu bütün ərazilərimizdən çıxarıldı, ölkəmizin ərazi bütövlüyü təmin edildi.

    Var ol, Azərbaycan əsgəri! Bizə yaşatdığın tarixi zəfər və 44 şərəf günü üçün!

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 21:11

İsmarıclar bağlıdır.