Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Мар

    F372aeea 79b8 4333 8188 7774df95af6dTürkiyənin Gəncədəki Baş Konsulluğunda İstiqlal Marşının yaranmasının 100-cü və Çanaqqala Zəfərinin 106-cı ildönümü qeyd olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər rəsmiləri və ziyalıları iştirak ediblər.

    Əvvəlcə hər iki ölkənin dövlət himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Anım tədbirində çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk bildirib ki, bu il Türkiyədə “İstiklal Marşı İli” elan edilib. Eyni zamanda, İstiqlal Marşının yaranmasının 100-cü ildönümü, marşın müəllifi Mehmet Akif Ersoyun anımı və Çanaqqala Zəfərinin 106-cı ildönümü qeyd olunur. Zeki Öztürk çıxışında Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlının da iştirak etdiyini xatırladıb. O qeyd edib ki, bu tarixi fakt Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu bir daha sübut edir. Bu dostluq və qardaşlıq münasibətləri günü-gündən inkişaf etməkdədir. Türkiyə dövləti beynəlxalq aləmdə hər zaman Azərbaycanın fəal tərəfdarı kimi çıxış edir və edəcək.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Çanaqqala döyüşü türk vətəndaşlarının mübarizliyinin simvolu kimi əbədiləşib. Bu savaş sadəcə Türkiyə deyil, dünya hərb tarixinə də ən böyük döyüşlərdən biri kimi daxil olub. Çanaqqala döyüşü bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən şəfərli bir tarixdir. Şəhər rəhbəri vurğulayıb ki, bu gün Çanaqqala zəfəri Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinc və iftixarla qeyd edilir. Bu, əsl qardaşlıq nümunəsi göstərərək, Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın bir ifadəsidir. Çanaqqala döyüşü türk xalqının şərəf və qəhrəmanlıq salnaməsidir.

    Mərasimdə çıxış edən digər natiqlər də Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Tədbirdə Çanaqqala şəhidlərinə həsr olunmuş film nümayiş etdirilib.

    Tədbirdən sonra Gəncə şəhərindəki Heydər Əliyev adına Park-Kompleksində ağacəkmə aksiyası keçirilib.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:09

İsmarıclar bağlıdır.