Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Апр

    Ermənistanın növbəti təxribatına cavab olaraq sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü.

    Vətən müharibəsi Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətinin, siyasi uzaqgörənliyinin, verdiyi vədlərin təntənəsi və təcəssümü oldu.

    Bütövlükdə Vətən müharibəsinin özü ilə yanaşı, hər bir şəhər və kəndimizin işğaldan azad edilməsi ayrıca qəhrəmanlıq səhifələridir. Bu səhifələr Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu yazdı. Onların arasında Şuşanın azad edilməsinin xüsusi yeri var.

    Noyabrın 8-də Prezident cənab İlham Əliyevin Şuşanın azad olunması müjdəsini xalqımıza çatdırması Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı. Şuşanın azad olunduğu gün tariximizə Zəfər Günü kimi həkk olundu. Qəhrəman əsgərlərimizin Şuşanı azad etməsi həm də Vətən müharibəsinin ən unikal hərbi əməliyyatı kimi tarixə düşdü. “Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub” deyə cənab İlham Əliyev bildirib.

    Müzəffər Ordumuzun 44 günlük müharibədə gücü və qəhrəmanlığı hamımızı qürurlandırdı. Bunları bizə bəxş edən, qatı düşmənə qarşı amansız döyüşlərdə qəhrəmanlıq göstərən Ordumuz və adını tariximizin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandanımız cənab İlham Əliyevdir.

    Ordumuz Ali Baş Komandanın əmrlərini fədakarlıqla yerinə yetirərək tarixi qələbə qazanmışdır. Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi və ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilmişdir. Biz bu müharibəni şəhidlərimizin qanı-canı bahasına, hərbçilərimizin rəşadəti hesabına qələbə ilə başa çatdırmışıq. Vətənin cəsur oğulları düşmənə qarşı bir nəfər kimi silaha sarılıb layiqli mübarizə aparmış, qələbəmizin qazanılmasında böyük qəhrəmanlıq göstərmişdilər.

    Möhtəşəm hərbi zəfərimiz sayəsində siyasi müstəvidə də qələbənin qazanılması təmin edilmişdir. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev dünyanın taleyini həll edən böyük dövlətlərin təzyiqlərinə qarşı öz yüksək intellekti, məntiqli diplomatiyası ilə sipər çəkdi, Qafqazda yeni reallıq yaratdı.

    Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda canlarından keçən 2858 igidin qanı yerdə qalmadı. Qəhrəman Ordumuz bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımının qisasını aldı, düşməni darmadağın etdi. Torpaqlarımız 30 illik işğaldan sonra vətənə qovuşdu.

    Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Bu reallıqlardan ən önəmlisi də budur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərindən əl çəkməyən ünsürlərə isə ən gözəl cavabı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı qaldırdığı Şuşa şəhərində etdiyi çıxışlarında vermişdir: “Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik. Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar”.

    Vətən savaşından sonra ən mühüm hadisələrdən biri də Ali Baş Komandanın işğaldan azad olunmuş bölgələrə səfərləri oldu. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan səfərlərindən sonra möhtərəm Prezident cənab İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də olduqca əhəmiyyətli idi.

    Dövlət başçımızın indiyədək işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə etdiyi səfərləri kimi, Şuşaya növbəti səfəri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Eyni zamanda ölkə Prezidentinin yanvarın 11-də keçirilmiş məlum Moskva görüşündən dərhal sonra ailəsilə birlikdə Şuşaya səfər etməsi Qarabağın əsl sahibinin kim olduğuna dair bütün dünyaya ünvanlanmış növbəti mesaj kimi qiymətləndirilməlidir.

    Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu çətin günlərdə ölkə Prezidenti ilə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızdan dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı.

    Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsilə başa çatmasından cəmi dörd ay vaxt keçməsinə baxmayaraq, artıq torpaqlarımızda möhtəşəm quruculuq işlərinə, o cümlədən ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Əminik ki, bu işlər uğurla başa çatacaqdır.

    Farid SEYİDOV,

    Gəncə Hərbi Prokurorunun müavini

                                                        ədliyyə mayoru

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:58

İsmarıclar bağlıdır.